Çin Xalq Respublikasının sədri zati-aliləri cənab Si Cinpinə

Hörmətli cənab Sədr!

Ölkənizin milli bayramı – Çin Xalq Respublikasının yaranması günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

 Mən Azərbaycan – Çin münasibətlərinə xüsusi əhəmiyyət verirəm. Bu mənada dostluq əlaqələrimizin gündən-günə genişlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daim dərinləşməsi böyük məmnunluq doğurur.

Əminəm ki, qarşılıqlı anlaşma və etimada əsaslanan siyasi təmaslarımızın, hər iki tərəf üçün faydalı olan iqtisadi əlaqələrimizin, humanitar mübadilələrimizin bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 25 sentyabr 2014-cü il

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında