Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə

Ülyahəzrət!

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Mən Azərbaycan ilə Birləşmiş Krallıq arasında mövcud olan ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrini yüksək qiymətləndirirəm. Ölkələrimizi birləşdirən dövlətlərarası münasibətlərimiz siyasi, iqtisadi və humanitar sahələrdə səmərəli əməkdaşlığımız üçün möhkəm zəmin yaratmışdır.

İnanıram ki, ölkələrimiz arasında davamlı siyasi təmasların, səmərəli iqtisadi əməkdaşlığın və çoxşaxəli mədəni mübadilələrin möhkəmləndirilməsi, eləcə də bir sıra sahələrdə müvəffəqiyyətlə davam edən qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Birləşmiş Krallığın dost xalqına daim əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 11 iyun 2014-cü il

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında