Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Bakıda 21-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Konfransının açılışı münasibətilə Sizə və Azərbaycan xalqına səmimi salamlarımı çatdırıram.

Azərbaycan qlobal enerji təchizatına töhfə verilməsində önəmli rol oynayır və gələcək illərdə Avropanın əsas qaz təchizatçısına çevriləcəkdir. “Cənub” qaz dəhlizinin reallaşdırılması Azərbaycan ilə beynəlxalq tərəfdaşlar arasında gərgin iş və sıx əməkdaşlıq tələb edəcəkdir. Amerika Birləşmiş Ştatları sözügedən layihənin həyata keçirilməsini Avropanın qaz təchizatının genişləndirilməsi istiqamətində irəliyə doğru atılmış mühüm addım hesab edir və bu işə kömək etməyə hazırdır.

Ölkənizin enerji təchizatçısı kimi rolu iqtisadiyyatın şaxələndirilməsinə və qanunun aliliyinin gücləndirilməsinə imkan verəcək və Azərbaycan xalqının rifahını yaxşılaşdıracaqdır. Birləşmiş Ştatlar həmin məqsədlər istiqamətində davamlı əməkdaşlığımıza yüksək dəyər verir.

Səmimiyyətlə,

Barak OBAMA

Amerika Birləşmiş Ştatlarının Prezidenti

*** 

Hörmətli cənab Prezident!

Əlahəzrət Kraliçanın Hökuməti adından 21-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin və Konfransının keçirilməsi münasibətilə Sizi və Azərbaycan xalqını təbrik etmək istərdim.

Mən Böyük Britaniya və Azərbaycan arasında möhkəm münasibətlər ilə fəxr edirəm. Ticarət əlaqələri həmin münasibətlərin mühüm əsasıdır və Böyük Britaniya şirkətləri xüsusilə neft və qaz sektoruna birbaşa xarici sərmayənin ən böyük mənbəyidir.

Enerji avropalıların yaşayışı, iqtisadi firavanlığı və inkişafı üçün həyati əhəmiyyət daşıyır. Məhz bu səbəbdən “Cənub” qaz dəhlizi olduqca vacib layihədir. 2013-cü il Trans-Adriatik kəməri üzrə böyük irəliləyiş və “Şahdəniz-2" layihəsinin işlənilməsi baxımından əsas il olmuşdur. Bu, möhtəşəm nailiyyət və bütün iştirakçı tərəflərin böyük səylərinin təntənəsi olmuşdur. Bu məqsədə nail olmaq üçün yorulmadan çalışanların hamısını təbrik edirəm. Eyni zamanda, Azərbaycan qazını Avropaya nəql edəcək ”Cənub" dəhlizinin tam potensialının reallaşdırılması üçün 2014-cü ildə görüləcək işlər çoxdur. Lakın mən əminəm ki, bu hədəfə nail olunacaqdır.

Azərbaycanın yaxın dostu və tərəfdaşı kimi, mən gələcək bir çox illər üçün sabit enerji mənbəyinin təmin edilməsi istiqamətində səy göstərən hər kəsə daha da böyük uğurlar arzulayıram. Fürsətdən istifadə edərək builki Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin bütün iştirakçılarına səmimi arzularımı çatdırıram. Əminəm ki, bu həftəniz uğurlu olacaqdır.

Hörmətlə,

Devid KEMERON

Böyük Britaniyanın Baş naziri

*** 

Hörmətli cənab Prezident!

Sizi təbrik edirəm. Azərbaycan xalqı və hökumətinə Bakıda 21-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Konfransının təşkil edilməsinə görə minnətdarlığımı ifadə edirəm.

Xəzər regionunun dünya enerji bazarları üçün vacibliyi getdikcə artmaqdadır və Azərbaycan bu sahədə uzun illərdir ki, liderlik edir və həm istehsalçı, həm də ixracatçı ölkə kimi özünün etibarlı tərəfdaş olduğunu sübut edib. 

Avropa və digər ölkələr üçün uzunmüddətli, etibarlı və sabit enerji təchizatçısı rolunu oynamaqda Norveçin və Azərbaycanın məqsədləri üst-üstə düşür.

20 il bundan əvvəl, 1994-cü ilin payızında Bakıda “Əsrin müqaviləsi” imzalanmışdır. Bu, vacib və cəsarətli qərar olmuşdur. 2013-cü ilin dekabrında isə Avropaya istiqamətlənən “Cənub” qaz dəhlizinin həyata keçirilməsinə imkan verəcək “Şahdəniz-2" Yekun İnvestisiya Qərarı qəbul edilmişdir.

Statoil 1992-ci ildən Azərbaycanda fəaliyyət göstərir və yuxarıda sadalanan bütün mühüm qərarların qəbul olunmasında iştirak etmişdir. Məmnunam ki, Norveçin bir neçə şirkəti Azərbaycanın neft və qaz sənayesinin inkişafında fəal iştirak etmişdir.

Mən, həmçinin müxtəlif ölkələrin və şirkətlərin birgə çalışdığı Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü çərçivəsində də Azərbaycan ilə əməkdaşlıqdan məmnunam. 

Korporativ sosial məsuliyyətin əhəmiyyəti getdikcə artmaqdadır. Hökumətlər, özəl şirkətlər və vətəndaş cəmiyyətləri davamlı inkişafın və rifahın təmin edilməsində mühüm rola malikdir.

İki gündən sonra biz Azərbaycan və Norveç arasında diplomatik münasibətlərin yaranmasının 22 illiyini qeyd edəcəyik. Sizinlə əməkdaşlığımızın yeni onilliklərini gözləyirik.

Hörmətlə,

Erna SOLBERQ

Norveç Krallığının Baş naziri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında