Hörmətli cənab Prezident!
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.
Soçidə XXII Qış Olimpiya Oyunları çərçivəsində keçirdiyimiz son görüşümüzü böyük məmnuniyyətlə xatırlayıram.
Mən Azərbaycan Respublikası ilə Çex Respublikası arasında mövcud olan yaxşı münasibətləri çox yüksək dəyərləndirir və inanıram ki, bu münasibətlər ölkələrimizin artan rifahına töhfəsini verəcəkdir.
Hörmətli cənab Prezident, ali dövləti fəaliyyətinizdə Sizə müvəffəqiyyətlər diləyir, Azərbaycan xalqına əmin-amanlıq və rifah arzu edirəm.
Hörmətlə,
Miloş ZEMAN
Çex Respublikasının Prezidenti
***
Hörmətli cənab Prezident!
Azərbaycan Respublikasının milli bayramının növbəti ildönümü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Bu əlamətdar gün münasibətilə zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram.
Fürsətdən istifadə edərək, Sizə böyük ehtiramımı çatdırıram.
Dərin hörmətlə,
Adli MƏNSUR
Misir Ərəb Respublikasının müvəqqəti Prezidenti
***
Hörmətli cənab Prezident!
Qardaş Azərbaycan xalqının milli bayramı – Respublika Günü münasibətilə zati-alinizi səmimi qəlbdən təbrik edirəm.
Bu əlamətdar bayram münasibətilə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına davamlı inkişaf və yüksək rifah diləyirəm.
Ən xoş arzularla,
Abdurabbih Mənsur HADİ
Yəmən Respublikasının Prezidenti
***
Hörmətli İlham Heydər oğlu!
Sizi dövlət bayramınız – Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.
Sizin dövlətinizin mənafelərinə şəxsi sədaqətiniz, fəal həyat mövqeyiniz öz xalqına təmənnasız xidmətin parlaq nümunəsidir.
Bu gün Siz bütün qüvvənizi, biliyinizi və təcrübənizi Azərbaycan Respublikasının rifahı naminə sərf edərək planlarınızı yüksək səviyyədə real işlərə çevirirsiniz.
Sizin yüksək peşəkarlığınız, müasir siyasi təfəkkürünüz, məqsədyönlü işiniz Azərbaycanda sosial-iqtisadi inkişafa, onun sakinlərinin həyat səviyyəsinin və rifahının yüksəlməsinə şərait yaradır.
Sizə və Azərbaycan Respublikasının bütün sakinlərinə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, sülh və firavanlıq arzu edirəm.
Hörmətlə,
Yunusbek YEVKUROV
İnquşetiya Respublikasının rəhbəri
***
Möhtərəm İlham Heydər oğlu!
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizi əmin etmək istəyirəm ki, Azərbaycanın timsalında öz etibarlı dostunu və müttəfiqini görən Qırğız Respublikası qarşılıqlı hörmətə və etimada əsaslanan hərtərəfli Qırğızıstan-Azərbaycan əməkdaşlığının daha dinamik inkişafına və möhkəmlənməsinə çalışacaqdır.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və firavanlıq, qardaş Azərbaycan xalqına sülh, həmrəylik və rifah diləyirəm.
Hörmətlə,
Almazbek ATAMBAYEV
Qırğız Respublikasının Prezidenti
***
Zali-aliləri!
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi Malayziyanın Kralı və Kraliçası adından səmimi qəlbdən təbrik edirik. Bu xoş fürsətdən istifadə edərək zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimizi və arzularımızı çatdırırıq.
Dua edirik ki, Uca Allah zati-alinizə və Azərbaycan Respublikasının xalqına daim davamlı inkişaf, sülh və tərəqqi bəxş etsin.
Hörmətlə,
Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan BADLİŞAH
Malayziyanın XIV Ali Başçısı
***
Hörmətli cənab Prezident!
Azərbaycanın dövlət bayramı – Respublika Günü münasibətilə Sizi və dost Azərbaycan xalqını Qabon xalqı və hökuməti adından səmimi qəlbdən təbrik edirəm.
Bu əlamətdar bayram günündə xalqınıza xoşbəxtlik, ölkənizə daha böyük uğurlar arzulayıram.
Sizi əmin etmək istərdim ki, ölkələrimizin ümumi mənafeyi naminə Librevil ilə Bakı arasında əməkdaşlığın daha dinamik inkişafının tərəfdarıyıq.
Cənab Prezident, Sizə dərin ehtiramıma əmin olun.
Hörmətlə,
Ali Bonqo ONDİMBA
Qabon Respublikasının Prezidenti
***
Hörmətli İlham Heydər oğlu!
Milli bayramınız – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Dağıstan və Azərbaycan xalqları arasında tarixən yaranmış mehriban qonşuluq ənənələrini, çoxtərəfli Rusiya-Azərbaycan münasibətlərinin inkişaf səviyyəsini yüksək qiymətləndirərək əmin olduğumu bildirirəm ki, Dağıstan ilə Azərbaycanın dostluğu, qarşılıqlı anlaşması və əməkdaşlığı daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və əmin-amanlıq, qardaş Azərbaycan xalqına sülh, sabitlik və firavanlıq arzu edirəm.
Hörmətlə,
Xizri ŞİXSƏİDOV
Dağıstan Respublikası Xalq Məclisinin sədri,
Hökumətlərarası Komissiyanın həmsədri
***
Hörmətli cənab Prezident!
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi Ukrayna xalqı adından və şəxsən öz adımdan təbrik edirəm.
Ukrayna Azərbaycan ilə münasibətlərin hərtərəfli inkişafına xüsusi diqqət yetirir. Əminəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq bundan sonra da qarşılıqlı anlaşma və etimad əsasında möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm.
Hörmətlə,
Aleksandr TURÇİNOV
Ukrayna Prezidenti vəzifəsini icra edən,
Ukrayna Ali Radasının sədri
***
Hörmətli cənab Prezident!
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə zati-alinizə səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzu edirəm.
Dərin ehtiramla,
Bhumibol ADULYADEJ
Tailandın Kralı
***
Hörmətli cənab Prezident!
Xahiş edirəm Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə həyat yoldaşım, professor İmants Freyberqsin və mənim ən səmimi təbriklərimi qəbul edin. Sizə ən xoş arzularımızı çatdırır, möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə tükənməz güc, davamlı uğurlar, xalqınıza isə rifah, xoşbəxtlik və çiçəklənmə diləyirik.
Ən dərin hörmətlə,
Vayra VİKE-FREYBERQA
Latviyanın sabiq Prezidenti (1999-2007)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Madrid Klubunun prezidenti
***
Zati-aliləri!
28 May – Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.
Monteneqro ilə Azərbaycan arasında əlaqələr həmişə səmimi dostluğa əsaslanmışdır. Əminəm ki, gələcək əməkdaşlığımız, dövlətlərimiz və xalqlarımız arasında əlaqələr daha da möhkəmlənəcəkdir.
Bu xoş fürsətdən istifadə edərək, beynəlxalq aləmdə ölkələrimiz arasında nümunəvi əlaqələrin göstəricisi olan əməkdaşlığımızın inkişafına verdiyiniz şəxsi töhfələrinizi yüksək qiymətləndirdiyimizi bir daha ali diqqətinizə çatdırmaq istərdim. Ümumbəşəri dəyərlərə hörmət prinsipinə müştərək yanaşmamız qlobal sabitlik və tərəqqinin bərqərar olması istiqamətində atdığımız addımların göstəricisidir.
Möhtərəm Prezident, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Filip VUYANOVİÇ
Monteneqronun Prezidenti
***
Zali-aliləri, əziz qardaşım!
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm.
Fürsətdən istifadə edərək qardaş xalqlarımız arasında qarşılıqlı hörmətə, məhsuldar əməkdaşlığa və ölkələrimizin fəal həmrəyliyinə əsaslanan əlaqələrdən məmnunluq duyduğumu bildirmək istəyirəm.
Mən Qadir Allahdan xalqlarımızın istəklərinə nail olmaları, daha xeyirli və təhlükəsiz gələcəkləri, sülh və sabitliyi, inkişaf, tərəqqi, birlik və həmrəylikləri üçün dua edirəm.
Dərin hörmətlə,
VI MƏHƏMMƏD
Mərakeşin Kralı
***
Hörmətli İlham Heydər oğlu!
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurasının adından təbriklərimizi qəbul edin.
Sizə – görkəmli siyasət və dövlət xadiminə möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq, Azərbaycanın tərəqqisi və xalqınızın rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.
Hörmətlə,
Aleksey SERGEYEV
MDB Parlamentlərarası Assambleya
Şurasının baş katibi
***
Çox hörmətli İlham Heydər oğlu!
Şanlı dövlət bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını 150 minlik Dağıstan azərbaycanlıları adından ürəkdən təbrik edirəm.
1918-ci ildə Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan tarixində ən parlaq səhifələrdən biridir. Bu əlamətdar hadisədən sonra keçən illər parlaq hadisələrlə və Azərbaycan xalqının böyük nailiyyətləri ilə əlamətdar olmuşdur.
Biz, Dağıstan azərbaycanlıları öz xalqımıza, öz etnik vətənimiz olan Azərbaycana münasibətdə vətənpərvərlik hisslərini rəhbər tutaraq fikirlərimizi, amallarımızı və hərəkətlərimizi həmişə Azərbaycan ilə, onun xalqı ilə bağlamışıq, onun kədərinə şərik olmuşuq, uğurlarına sevinmişik.
Müstəqil Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevdir. Müasir Azərbaycanda ümumi sabitlik və milli həmrəylik şəraitinin yaradılması, keçmiş SSRİ-nin ən zəif müttəfiq respublikalarından birinin dünyada söz və nüfuz sahibi olan ölkələr sırasına çıxarılması üzrə möhtəşəm işləri ulu öndər başlamışdır.
Çox hörmətli İlham Heydər oğlu, bütün Azərbaycan xalqı kimi biz də Sizin şəxsinizdə Heydər Əliyevin işinin layiqli davamçısını görürük. Heydər Əliyevin Azərbaycanın, Azərbaycan xalqının daha da firavanlaşmasına yönəlmiş siyasətini inamla davam etdirdiyinizə görə Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.
Sizin rəhbərliyinizlə Azərbaycan sosial-iqtisadi inkişaf və siyasi sabitliyin qorunub saxlanması sahəsində böyük uğurlar qazanmışdır. Sizin öz dövlətinizin mənafelərinə şəxsi sədaqətiniz, fəal həyat mövqeyiniz xalqına təmənnasız xidmətin parlaq nümunəsidir.
Siz Rusiya ilə Azərbaycan arasında tarixən formalaşmış mehriban qonşuluq münasibətlərinə, xalqlarımız arasında qardaşcasına dostluğun möhkəmlənməsinə və inkişafına dəyərli töhfələr verirsiniz.
Sizə möhkəm cansağlığı və əmin-amanlıq, çoxmillətli Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
Qurban QURBANOV
Dağıstan Respublikası Dərbənd Rayon Administrasiyasının başçısı
***
Cənab Prezident!
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə zati-alinizi və Azərbaycan xalqını Əlcəzair xalqı və hökuməti adından, şəxsən öz adımdan ən səmimi duyğularla təbrik edirəm. Bu əlamətdar gündə Azərbaycan xalqına daha çox inkişaf və rifah arzularımı bildirməkdən məmnunluq duyuram.
Bu xoş arzularla bərabər, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrini gücləndirmək üçün Sizinlə birlikdə işləməyə həmişə hazır olduğumu ifadə etmək istəyirəm.
Zati-aliləri cənab Prezident, bir daha Sizə səmimi təbriklərimi çatdırır, dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Əbdüləziz BUTEFLİKA
Əlcəzair Xalq Demokratik
Respublikasının Prezidenti
***
Zati-aliləri!
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə xalqınıza, Sizə və hökumətinizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Ölkələrimiz və xalqlarımız arasında mövcud olan səmimi dostluq münasibətlərini yüksək qiymətləndirirəm. Sizi əmin edirəm ki, ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın bundan sonra da möhkəmlənməsinə çalışacağam.
Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, xalqınıza və ölkənizə rifah arzulayıram.
Sizi bir daha salamlayır, zati-alinizə Ulu Tanrıdan xeyir və bərəkət diləyirəm.
Hörmətlə,
Hacı Həssənal BOLKİAH
Bruneyin Sultanı
***
Çox hörmətli İlham Heydər oğlu!
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ən xoş və səmimi təbriklərimi qəbul edin.
Azərbaycan iqtisadiyyatda və dövlətçiliyin möhkəmləndirilməsi sahəsində inamlı nailiyyətlər nümayiş etdirir. Bu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yolunun layiqli davamçısı kimi Sizin həyata keçirdiyiniz siyasəti qətiyyətlə dəstəklədiyini əyani şəkildə təsdiq edir. Rusiya cəmiyyəti Rusiya ilə Azərbaycan arasında təşəkkül tapmış səmərəli və çoxşaxəli qarşılıqlı əlaqələri yüksək qiymətləndirir. Bu əlaqələrin təməlində xalqlarımızın zamanın sınağından çıxmış qardaşlıq, dostluq və mehriban qonşuluq münasibətləri dayanır.
Sizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram.
Dərin hörmətlə,
İlyas UMAXANOV
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini
***
Zati-aliləri!
İcazə verin, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı adından və şəxsən öz adımdan Sizə cansağlığı və xoşbəxtlik, ölkənizə isə sülh və tərəqqi arzularımı çatdırım.
Dərin hörmətlə,
Joze Qratsiano da SİLVA
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru
***
Çox hörmətli İlham Heydər oğlu!
İcazə verin, Sizi dövlət bayramınız – Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edim, Sizə möhkəm cansağlığı, əmin-amanlıq, Azərbaycanın hərtərəfli inkişafı və firavanlığı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayım.
Dərin hörmətlə,
Tatyana ANODİNA
Dövlətlərarası Aviasiya Komitəsinin sədri
***
Zati-aliləri!
Azərbaycanın dövlət bayramı – Respublika Günü münasibətilə Sizi “Mir” Dövlətlərarası Teleradio Şirkətinin kollektivi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
İcazə verin, Sizə möhkəm cansağlığı, nikbinlik, Azərbaycan xalqının əmin-amanlığı və firavanlığı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayım.
Sizi əmin edirik ki, “Mir” Teleradio Şirkəti Azərbaycan Respublikasının həyatını və ölkənizdə baş verən hadisələri bundan sonra da obyektiv və geniş işıqlandıracaqdır.
Səmimi hörmətlə və ən xoş arzularla,
Radik BATIRŞİN
“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri
***
Zati-aliləri!
İcazə verin, Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun Direktorlar Şurasının bütün üzvləri adından təbrik edim.
Müstəqilliyini bərpa etdiyi qısa müddət ərzində Azərbaycan xalqı demokratik, konstitusiyalı və iqtisadi cəhətdən müstəqil dövlət qura bildi. Biz bütün Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik, rifah və tərəqqi arzulayaraq ümidvar olduğumuzu ifadə edirik ki, ölkənizdə hər zaman sülh, qarşılıqlı anlaşma və insanlar arasında dostluq olacaqdır.
Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək Sizə ən dərin ehtiramımı çatdırıram.
Hörmətlə,
İsmayıl SAFİ
Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq
Fondunun Prezidenti
***
Zati-aliləri!
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun idarə heyətinin və üzv təşkilatlarının adından ən səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf və məmnunluq duyuram.
Fürsətdən istifadə edərək, zati-alinizə möhkəm cansağlığı, Azərbaycan xalqına rifah və tərəqqi arzu edirik.
Biz Sizin Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun İslam Əməkdaşlıq Təşkilatı tərkibində beynəlxalq qurum kimi formalaşmasına və inkişafına göstərdiyiniz davamlı dəstəyi yüksək qiymətləndiririk. İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin gəncləri arasında dostluğun möhkəmlənməsinə və inkişafına xidmət edən bu dəstək regionumuzun digər liderlərinə nümunədir.
Biz Azərbaycan Hökumətinin Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun fəaliyyətinə göstərdiyi dəstəyə görə Sizə təşəkkür edirik.
Zati-alinizə Azərbaycan Respublikasının inkişafı, gənclərin tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.
Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin.
Hörmətlə,
Əli SARIQAYA
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu idarə heyətinin sədri
***
Hörmətli İlham Heydər oğlu!
Sizi dövlət bayramınız – Azərbaycan Respublikası Günü münasibətilə ürəkdən təbrik edirəm.
Bu gün Azərbaycanda möhkəm ictimai-siyasi sabitlik hökm sürür, iqtisadiyyat dinamik inkişaf edir, vətəndaşların rifahı yüksəlir və ölkənin beynəlxalq nüfuzu artır. Əminəm ki, Azərbaycan xalqı Sizin rəhbərliyinizlə ölkənizin inkişafı yolunda daim yeni-yeni uğurlar qazanacaqdır.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə və bütün Azərbaycan xalqına ən xoş və ən səmimi arzularımı çatdırır, ölkənizə daha firavan həyat diləyirəm.
Hörmətlə,
Mixail QUTSERİYEV
“Russneft” Açıq Səhmdar Cəmiyyətinin Prezidenti
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.