Zati-aliləri!
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə İsveçrə Federal Şurası adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı və ölkənizin rifahı naminə fəaliyyətinizdə uğurlar arzu edirəm.
İcazə verin, İsveçrənin Azərbaycan ilə siyasi, iqtisadi və mədəni sahələrdəki dostluq əlaqələrini gələcəkdə də inkişaf etdirməkdə maraqlı olduğunu bir daha təsdiqləyim.
Bu xoş fürsətdən istifadə edərək bildirirəm ki, ATƏT-in fəaliyyətdə olan sədri və Konfederasiyanın Prezidenti kimi 2014-cü il iyunun 2-də Azərbaycana səfərimi və Sizinlə ölkələrimiz arasındakı dostluq əlaqələrini daha da gücləndirəcək və dərinləşdirəcək görüşümüzü səbirsizliklə gözləyirəm.
Hörmətlə,
Didye BURKHALTER
İsveçrə Konfederasiyasının Prezidenti
***
Hörmətli cənab Prezident!
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza ən səmimi arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Qoy, Tanrı xalqınıza sülh, firavanlıq və gözəl həyat bəxş etsin. Ulu Tanrının nəzərləri xalqınızın, Sizin və hökumətinizin başı üzərindən heç vaxt əskik olmasın.
Hörmətlə,
FRANSİSK
Roma Papası
***
Hörmətli cənab Prezident!
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan və ölkənizə tərəqqi arzu etməkdən çox məmnunam.
Əminəm ki, xalqlarımız arasındakı dostluq münasibətləri ölkələrimizin tərəqqisi və sabitliyi naminə qarşılıqlı maraqlarımıza əsaslanan Serbiya – Azərbaycan strateji əlaqələrinin gələcəkdə də inkişafı və möhkəmlənməsi işinə xidmət edəcəkdir.
Serbiya Respublikasının ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə görə Azərbaycan Respublikasına bir daha minnətdarlığımı bildirmək istərdim.
Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, Sizə dərin ehtiramımı bildirirəm.
Hörmətlə,
Tomislav NİKOLİÇ
Serbiya Respublikasının Prezidenti
***
Hörmətli İlham Heydər oğlu!
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Azərbaycanda sosial-iqtisadi və ictimai-siyasi sahələrdə qazanılan sanballı uğurları, Sizin rəhbərliyinizlə həyata keçirilən, əsas məqsədi ölkəni tərəqqi və firavanlıq yolu ilə inamla irəlilətmək, milli dövlətçiliyin əsaslarını hərtərəfli möhkəmlətmək və beynəlxalq aləmdə ölkənin nüfuzunu yüksəltmək olan genişmiqyaslı dəyişiklikləri Özbəkistanda məmnuniyyətlə qeyd edirlər.
Mən qəti əminəm ki, xalqlarımız arasında çoxəsrlik müştərək tarixə və mədəniyyətə əsaslanan dostluq və qarşılıqlı anlaşma əlaqələri, beynəlxalq və regional xarakterli müxtəlif problemlərə dair siyasi dialoqun yüksək səviyyəsi uzunmüddətli Özbəkistan – Azərbaycan münasibətlərinin daha da inkişaf etməsi və genişlənməsi üçün etibarlı zəmindir.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və məsul ali dövləti fəaliyyətinizdə hərtərəfli uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İslam KƏRİMOV
Özbəkistan Respublikasının Prezidenti
***
Zati-aliləri!
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Zati-alinizə və Azərbaycan xalqına xoş arzularımı bildirir, ölkənizə firavanlıq diləyirəm.
Hörmətlə,
V HARALD
Norveçin Kralı
***
Hörmətli İlham Heydər oğlu!
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Belarus xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Bu gün Azərbaycan Respublikası inkişaf etməkdə olan müasir dövlətdir. Bu, Sizin həyata keçirdiyiniz, ölkənin iqtisadi qüdrətinin daha da möhkəmlənməsinə, dünya arenasında onun nüfuzunun artırılmasına və vətəndaşların maddi rifahının yüksəldilməsinə yönəlmiş fəaliyyət xəttinizin düzgünlüyünü əyani şəkildə təsdiq edir.
Əminəm ki, Belarus – Azərbaycan müştərək layihələrinin uğurla həyata keçirilməsi bütün sahələrdə ikitərəfli qarşılıqlı əlaqələrin daha da genişlənməsinə, qardaş xalqlarımız arasında ənənəvi dostluq tellərinin möhkəmlənməsinə şərait yaradacaqdır.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar və tükənməz enerji, Azərbaycan xalqına isə Sizin müdrik rəhbərliyinizlə sülh və firavanlıq arzu edirəm.
Hörmətlə,
Aleksandr LUKAŞENKO
Belarus Respublikasının Prezidenti
***
Hörmətli İlham Heydər oğlu!
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi və qardaş Azərbaycan xalqını Tacikistan Respublikasının hökuməti, xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Ölkələrimiz arasında son illərdə dinamik inkişaf edən çoxşaxəli qarşılıqlı əlaqələrin səviyyəsini Tacikistanda yüksək qiymətləndirirlər.
Biz bundan sonra da Azərbaycan ilə sıx əməkdaşlıq etmək və bu istəyimizi müasir dövrün tələblərinə cavab verən yeni məzmunla zənginləşdirmək əzmindəyik.
Əminəm ki, Sizin Tacikistana nəzərdə tutulan rəsmi səfəriniz ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın inkişafına və möhkəmlənməsinə yeni təkan verəcəkdir. Sizi əmin etmək istəyirəm ki, Tacikistan bu nəcib məqsədlərə nail olmaq üçün əlindən gələni edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Emoməli RƏHMON
Tacikistan Respublikasının Prezidenti
***
Zati-aliləri!
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram. İndoneziya Respublikasının Hökuməti və xalqı da mənim təbriklərimə qoşulur.
İcazə verin, bu əlamətdar gündə bir daha əmin olduğumu bildirim ki, ölkələrimiz arasındakı sıx və səmimi münasibətlər xalqlarımızın maraqları naminə inkişaf edəcək və güclənəcəkdir.
Zati-aliləri, ən xoş arzularımı və dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Susilo Bambanq YUDHOYONO
İndoneziya Respublikasının Prezidenti
***
Zati-aliləri!
Milli bayram – Respublika Günü münasibətilə Avstraliya hökuməti və xalqı ilə birlikdə Sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimi və arzularımı çatdırıram.
Azərbaycan ilə Avstraliya arasındakı münasibətlərin davamlı inkişafını vurğulamaqdan məmnunluq hissi keçirirəm. Kanberra şəhərində Azərbaycan səfirliyinin açılması ikitərəfli münasibətlərimizi, xalqlarımızın əlaqələrinin genişlənməsini və ölkələrimiz arasında ticari əməkdaşlığın inkişafını möhkəmləndirmişdir.
Avstraliya 2013-cü ildə BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan ilə birgə işləməkdən məmnun olmuşdur. Təhlükəsizlik Şurasındakı mandatımızın 2014-cü ildə qalan müddətində Avstraliya qarşılıqlı maraq doğuran məsələlərdə, beynəlxalq sülhün və təhlükəsizliyin təşviqində Azərbaycan ilə birlikdə çalışmağa davam edəcəkdir.
Avstraliyanın terrorla mübarizə üzrə səfiri Bil Fişerin 2013-cü ilin sentyabrında Bakıya səfəri təhlükəsizlik məsələləri sahəsində Azərbaycan ilə əməkdaşlığa olan marağımızın göstəricisidir.
Əminəm ki, ölkələrimiz arasındakı dostluq əlaqələri növbəti ildə də inkişaf edəcəkdir.
Hörmətlə,
Piter KOSQROYV
Avstraliya İttifaqının General-Qubernatoru
***
Zati-aliləri!
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Meksika xalqı adından təbriklərimi Sizə çatdırmaqdan məmnunluq duyuram.
Fürsətdən istifadə edərək, hökumətimin ölkələrimiz arasında mövcud əlaqələri möhkəmləndirmək üçün birgə səy göstərməyə hazır olduğunu bir daha təsdiqləyirəm.
Zati-aliləri, ən xoş arzularımı və yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Enrike Penya NİETO
Meksika Birləşmiş Ştatlarının Prezidenti
***
Zati-aliləri!
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə zati-alinizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.
Ənənəvi dostluq əlaqələrimizi daha da inkişaf etdirmək üçün Zati-alinizlə birgə çalışmaq mənim üçün çox xoşdur.
Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına rifah arzularımı çatdırıram.
Dərin hörmətlə,
Saxiaqiyn ELBEQDORJ
Monqolustanın Prezidenti
***
Zati-aliləri!
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizi, qardaş Azərbaycan xalqını və hökumətini səmimi qəlbdən təbrik edirəm. Bu bayramın xalqınız və ölkəniz üçün daha böyük inkişaf və rifahla əlamətdar olmasını ən xoş arzularla diləyirik.
Fürsətdən istifadə edərək, azadlıq, öz müqəddəratını təyinetmə və torpaqlarımızın işğalına son qoymaq və müstəqil Fələstin Dövləti qurmaq uğrunda apardığımız mübarizədə göstərdiyiniz qətiyyətli dəstəyə və həmrəyliyə görə Zati-alinizə dərin təşəkkürümüzü çatdırmaq istərdim.
Zati-aliləri, bir daha səmimi təbriklərimizi çatdırır, Sizə cansağlığı və xoşbəxtlik diləyir, xalqlarımızı və ölkələrimizi birləşdirən möhkəm qardaşlıq münasibətlərinin inkişafını arzulamaqdan sonsuz məmnunluq duyuram.
Hörmətlə,
Mahmud ABBAS
Fələstin Dövlətinin Prezidenti
***
Zati-aliləri!
Milli bayramınız – Respublika Günü münasibətilə Livan xalqı adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırır, xoşbəxtlik və uğurlar diləyir, Azərbaycan xalqına rifah arzulayıram.
Hörmətlə,
General Mişel SÜLEYMAN
Livan Respublikasının Prezidenti
***
Hörmətli cənab Prezident!
İcazə verin, Sizi və xalqınızı Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ürəkdən təbrik edim.
Fürsətdən istifadə edib əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri bundan sonra daha da inkişaf edəcək və möhkəmlənəcəkdir. Sizə ölkənizin inkişafı və tərəqqisi naminə fəaliyyətinizdə böyük uğurlar arzulayıram.
Hörmətlə,
Kim En NAM
Koreya Xalq Demokratik Respublikası
Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri
***
Hörmətli İlham Heydər oğlu!
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Bu gün Azərbaycan öz zəngin iqtisadi və insan potensialını ardıcıl və məsuliyyətlə reallaşdıran, dinamik inkişaf edən dövlətdir. Bu dövlətdə gələcəyə istiqamətlənmək əcdadlarımızın ənənələrinə sədaqətlə, ötəri olmayan mənəvi dəyərlərin dirçəldilməsi ilə harmonik şəkildə birləşir.
Əminəm ki, Azərbaycanın qazandığı uğurlar çox cəhətdən güclü prezident hakimiyyəti təsisatının qorunub saxlanması ilə bağlıdır.
Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, əməksevər Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm.
Səmimi hörmətlə,
Leonid KUÇMA
1994-2005-ci illərdə Ukraynanın Prezidenti
***
Çox hörmətli İlham Heydər oğlu!
İcazə verin, Sizə ehtiramımı bildirim və milli bayramınız – Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edim.
Bu əlamətdar gündə Sizə və Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar, əmin-amanlıq və ölkənizin rifahı naminə yeni zəfərlər arzulayıram.
Ötən onilliklər ərzində Sizin ölkəniz iqtisadi inkişaf sahəsində sanballı uğurlar qazanmış, beynəlxalq aləmdə nüfuzunu möhkəmlətmişdir.
Biz Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında yaranmış dostluq münasibətlərini yüksək qiymətləndiririk. Əminəm ki, bu münasibətlər ölkələrimizin xalqları naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək, konstruktiv əməkdaşlığın etibarlı qarantına çevriləcəkdir.
Hörmətlə,
Aleksandr JİLKİN
Həştərxan vilayətinin qubernatoru
***
Zati-aliləri cənab Prezident!
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə və bütün Azərbaycan xalqına Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.
Türk dünyasında qurulan ilk respublikanın və bu il yaradılmasının 96-cı ildönümünü qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir müstəqil Azərbaycan Respublikası Zati-alinizin müdrik və uğurlu rəhbərliyi nəticəsində aparıcı dövlətlər arasında öz layiqli yerini tutmuş və dünyanın siyasi, iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilmişdir.
Zati-alinizin hərtərəfli dəstəyi sayəsində Azərbaycanın türkdilli dövlətləri arasında sürətlə inkişaf edən əməkdaşlığa verdiyi mühüm töhfələri çox yüksək qiymətləndiririk.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar və qardaş Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzu edirəm.
Dərin hörmət və ehtiramla,
Jandos ASANOV
Türkdilli Ölkələrin Parlament
Assambleyasının baş katibi
***
Hörmətli cənab Prezident!
İcazə verin, Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edim!
Böyük Azərbaycan şairi, alim, mütəfəkkir və filosof Nizami Gəncəvi demişdir:
Yaltaq zəncirini şir qırdı, atdı,
Odur, böyüklüyə dünyada çatdı.
Bu sözlər müasir Azərbaycanı son dərəcə dəqiq səciyyələndirir.
Azərbaycan müstəqillik illəri ərzində bir dövlət kimi təşəkkül tapmışdır. Qeyd etmək istəyirəm ki, Sizin rəhbərlik etdiyiniz ölkə postsovet məkanında, bəlkə də, yeganə dövlətdir ki, orada yaxşılığa doğru dəyişikliklər ardıcıl və fasiləsiz həyata keçirilir. Əlbəttə, həmin prosesin başlanğıcında Sizin atanız, Azərbaycan xalqının ümummilli lideri, dünya miqyaslı siyasi xadim, Prezident Heydər Əliyevin xüsusi rolunu qeyd etmək lazımdır.
Hörmətli cənab Prezident, sürətli iqtisadi inkişaf, yoxsulluğun azalması, təhsilin səviyyəsinin yüksəlməsi, beynəlxalq aləmdə uğurlar Sizin və müstəqil Azərbaycan Respublikası xalqının qazandığı nailiyyətlərin yalnız bir qismidir.
Əlbəttə, çətinliklər də vardır. Bu, ilk növbədə, işğal olunmuş ərazilərin azad edilməsi problemidir. Təəssüflə qeyd etməliyik ki, bu məsələdə dünya birliyinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail ola bilməməsi, Minsk qrupunun fəal mövqe tutmaması problemin həllini ləngidir. Lakin Azərbaycanın bu məsələdə ədalətə nail olmaq istiqamətində ardıcıl səyləri mənə bunu əminliklə söyləməyə əsas verir ki, təcavüzkar tezliklə Azərbaycanın işğal edilmiş ərazilərini tərk etməyə məcbur olacaqdır.
Azərbaycandan olan və hazırda Ermənistanda yaşayan erməni qaçqınlar artıq indi mənə müraciət edir, Ermənistanda onların hüquqlarının həyasızcasına pozulmasını və çiçəklənən Azərbaycana qayıtmaq istədiklərini söyləyirlər.
Sizin Respublika Gününüzü mən, həqiqətən, özüm üçün də bayram hesab edirəm. Çünki Sizin ölkənizlə dostluq etməyimə, Sizinlə şəxsən tanış olmağıma və Azərbaycan xalqının hörmətini qazanmağıma görə fəxr edirəm. Sizə, ailənizə və gözəl Azərbaycan xalqına daha böyük firavanlıq arzu edirəm.
Bayramınız mübarək!
Hörmətlə,
Aureliya QRİQORİU
Moldova Respublikasının ombudsmanı
***
Çox hörmətli cənab Prezident!
Sizi əlamətdar bayram – Azərbaycan Respublikası Günü münasibətilə təbrik etməyi özümə şərəf sayıram. Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını salamlayır və ölkənizin bütün vətəndaşlarına səmimi qəlbdən firavanlıq, tərəqqi, bütün işlərinizdə Ulu Tanrının Sizə yardımçı olmasını arzulayıram.
Azərbaycan Respublikası beynəlxalq aləmdə layiqli yer tutur. Sizin gözəl ölkənizdə hər il qazanılan uğurları dünyanın bütün dövlətləri böyük maraqla izləyir.
Müasir Azərbaycan çoxmillətli xalqın xoşbəxt və firavan həyatı, qurucu əməyi, tərəqqi yolu ilə ardıcıl irəliləməsi üçün hər cür şəraitin yaradıldığı, iqtisadiyyatın inkişafının təmin edildiyi, demokratiya təsisatlarının qurulduğu ölkədir. Onun ən böyük uğuru isə, şübhəsiz, Azərbaycan Respublikasının ərazisində yaşayan müxtəlif millətlərin və xalqların nümayəndələri arasında sarsılmaz sülh və qarşılıqlı anlaşmadır.
Cənab Prezident, sevimli ölkənizin iqtisadi, sosial, mədəni və mənəvi tərəqqisi işinə Sizin şəxsi töhfənizi xüsusi qeyd etmək istəyirəm. Azərbaycan Respublikasında mənəviyyatın, vətənpərvərliyin, əxlaqi idealların bərqərar olmasında Sizin görkəmli xidmətləriniz və əməyiniz hamıya məlumdur.
Siz Vətənin layiqli oğlu kimi öz parlaq zəkanızın bütün qüvvəsini, yüksək istedadınızı və geniş qəlbinizi hamı tərəfindən qəbul edilən, şanlı və firavan dövlət qurulmasına həsr edirsiniz. Azərbaycan Respublikasının ərazisində yaşayan insanlar bu gün ölkədə sabitliyi və sülhü, müxtəlif xalqlar arasında qarşılıqlı anlaşmanı, asayişi, rifahı və həyatın bütün sahələrində gələcək tərəqqini Sizin adınızla və atanız Heydər Əliyevin adı ilə bağlayırlar.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq, böyük uğurlar diləyir, şanlı Vətən naminə, Azərbaycan Respublikasının şanlı xalqı naminə bütün işlərinizdə və təşəbbüslərinizdə Ulu Tanrının Sizə yardımçı olmasını arzulayıram.
Dərin hörmətlə,
VİKENTİ
Daşkəndin və Özbəkistanın mitropoliti,
Orta Asiya Mitropolit Dairəsinin rəhbəri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.