Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə təbriklərimi və salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyur, qarşıdakı ildə Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzu edirəm.

Hörmətlə,

Ülyahəzrət II Elizabet

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası

***  

Zati-aliləri!

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə  Sizə ən səmimi təbriklərimi çatdırmaqdan xüsusi məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına xoşbəxt gələcək diləyirəm.

Hörmətlə,

Haynts FİŞER

Avstriya Respublikasının Federal Prezidenti

*** 

Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!

Ölkənizin milli bayramı münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımızdan Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı inkişaf və çiçəklənmə arzu edirik.

Zati-alinizə hörmət və ehtiramla,

Qardaşınız

Abdullah bin Əbdüləziz Al Səud

İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı

***

Cənab Prezident!

Mən Zati-alinizi milli bayramınız - Respublika Günü münasibətilə təbrik edir və Azərbaycan xalqının rifahı üçün ən xoş arzularımı bildirirəm.

Hörmətlə,

Villem-Aleksandr

Niderlandın Kralı

***

Zati-aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik etməkdən məmnunluq duyuram.

Fürsətdən istifadə edərək, Bosniya və Herseqovina ilə Azərbaycan arasındakı qarşılıqlı münasibətlərin xalqlarımızın və beynəlxalq ictimaiyyətin ümumi rifahı üçün bundan sonra da inkişaf edəcəyinə əmin olduğumu bildirirəm.

Zati-aliləri, Sizə xoşbəxtlik diləyir, dost Azərbaycan xalqına rifah arzularımı və yüksək ehtiramımı çatdırıram.

Dərin hörmətlə,

Bakir İZETBEQOVİÇ

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri

***

Hörmətli cənab Prezident!

28 May - Respublika Günü münasibətilə Zati-alinizi və qardaş Azərbaycan xalqını TÜRKSOY-un Baş Katibliyi, Türkdilli ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, sülh, tərəqqi və əmin-amanlıq diləyirəm.

Dəstəyini, diqqət və qayğısını daim hiss etdiyimiz Zati-alinizin müdrik rəhbərliyi sayəsində Azərbaycan Respublikası bütün sahələrdə inkişaf edərək dünyanın siyasi və mədəni həyatında özünəməxsus  dəst-xətti ilə yeni uğurlar qazanmaqdadır.

Əminəm ki, zəngin Azərbaycan mədəniyyəti və incəsənəti bundan sonra da TÜRKSOY tərəfindən təşkil olunacaq mötəbər beynəlxalq tədbirlərdə ümumtürk mədəniyyətini layiqincə təmsil edəcək və dünya mədəniyyətinin inkişafına töhfələrini verəcəkdir.

Respublika Günü münasibətilə Zati-alinizi və Azərbaycan xalqını bu duyğularla bir daha təbrik edir, möhkəm cansağlığı arzulayır, ən dərin ehtiramımı bildirirəm.

Hörmətlə,

Düsen KASEİNOV

TÜRKSOY-un baş katibi

***

Cənab Prezident!

Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.

Almaniya-Azərbaycan münasibətlərinin dinamik inkişafı Sizin ölkənin beynəlxalq aləmdə artan əhəmiyyətini əks etdirir. Mən şadam ki, Azərbaycan Almaniya və Avropa ilə sıx əməkdaşlığın tərəfdarıdır. Bu fakt Azərbaycanın “Cənub” qaz dəhlizində iştirakı ilə bağlı tarixi qərarının əsasını təşkil etmişdir. Almaniya Sizin Avropa İttifaqı ilə sıx əməkdaşlıq etməyə hazır olmağınızı, Avropanın dəyərlər və hüquqlar sisteminə qoşulmaq istəyinizi alqışlayır.

Almaniya Azərbaycanın modernləşmə və islahatlar istiqamətində səylərini dəstəkləmək üçün siyasi dialoqu, eləcə də ölkələrimiz arasında iqtisadi, mədəni və təhlükəsizlik sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək əzmindədir.

Sizə ən xoş arzularımı çatdırır, Azərbaycan xalqına sülh, tərəqqi və rifah dolu gələcək diləyirəm.

Hörmətlə,

Yoaxim QAUK

Almaniya Federativ Respublikasının Prezidenti

***

Hörmətli İlham Heydər oğlu!

Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Əminəm ki, ölkələrimiz arasında ənənəvi dostluq, qardaşlıq münasibətləri Qazaxıstan və Azərbaycan xalqlarının rifahı naminə hərtərəfli qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinin etibarlı təməli kimi bundan sonra da inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, xoşbəxtlik və rifah diləyirəm.

Ən xoş arzularla,

Nursultan NAZARBAYEV

Qazaxıstan Respublikasının Prezidenti

***

Zati-aliləri!

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Ötən illər ərzində ölkələrimiz arasında inkişaf edən və genişlənən əlaqələrin gələcək illərdə daha da möhkəmlənəcəyinə səmimi qəlbdən inanıram.

Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı diləyir və güclü ölkənizə daimi tərəqqi arzu edirəm.

Hörmətlə,

Xanım Pak KIN HE

Koreya Respublikasının Prezidenti

***

Möhtərəm Prezident!

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm.

Dərin ehtiramla,

Karl QUSTAV

İsveçin Kralı

***

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan hökumətinə və xalqına daha böyük inkişaf və çiçəklənmə arzu edirəm.

Zati-alinizə hörmət və ehtiramla,

Qardaşınız

Salman bin Əbdüləziz Al Səud

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri

***

Zati-aliləri!

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə İslam İnkişaf Bankı Qrupu adından və şəxsən öz adımdan Zati-alinizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik etməkdən şərəf duyuram.

Bu xoş fürsətdən istifadə edərək, İslam İnkişaf Bankı Qrupunun üzv dövlətlər arasında davamlı tərəqqi üçün əməkdaşlıq ruhunu təşviq etmək yönündəki səylərinə Azərbaycanın verdiyi dəyərli dəstəkdən qürur hissi keçirdiyimi bildirmək istəyirəm.

Zati-alinizi əmin etmək istəyirəm ki, İslam İnkişaf Bankı Qrupu Azərbaycanın sosial-iqtisadi inkişafına və quruma üzv ölkələrlə əməkdaşlığı gücləndirməyə dəstəyini davam etdirəcəkdir.

Möhtərəm Prezident, Sizə ən yüksək ehtiramımı çatdırıram.

Dərin hörmətlə,

Əhməd Məhəmməd Əli

İslam İnkişaf Bankı Qrupunun prezidenti

***

Zati-aliləri!

Milli bayram - Respublika Günü münasibətilə dost Azərbaycan xalqına İtaliya xalqı adından və öz adımdan səmimi sülh və rifah arzularımı bildirirəm.

Əminəm ki, ölkələrimiz və Bakı ilə Roma arasındakı sıx dostluq münasibətlərindən bəhrələnən səmərəli əməkdaşlığımız müxtəlif sahələr üzrə daha da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Ümidvaram ki, Roma ilə Bakı arasında əlaqələr ölkənizin Avropa İttifaqı ilə geniş münasibətləri çərçivəsində daha da zənginləşəcəkdir.

Sizinlə Romada görüşmək ümidi ilə Zati-alinizə və xalqınıza möhkəm cansağlığı arzu edirəm.

Hörmətlə,

Corcio NAPOLİTANO

İtaliya Respublikasının Prezidenti

***

Hörmətli İlham Heydər oğlu!

Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və Sizin şəxsinizdə dost Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Ölkələrimiz arasında yaranmış qarşılıqlı münasibətlərin səviyyəsi Türkmənistanda yüksək qiymətləndirilir. Qəti əminəm ki, bu münasibətlər Türkmənistan və Azərbaycan xalqlarının rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, dost Azərbaycan xalqına sülh, tərəqqi və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Qurbanqulu BERDİMƏHƏMMƏDOV

Türkmənistanın Prezidenti

***

Zati-aliləri!

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sloveniya xalqı adından və şəxsən öz adımdan Zati-alinizi səmimi qəlbdən təbrik edir, xoş arzularımı çatdırır, ölkənizə hərtərəfli inkişaf və rifah diləyirəm. 

Fürsətdən istifadə edərək, ölkələrimiz arasında yaranmış sıx tərəfdaşlıq və məhsuldar əməkdaşlıq əlaqələrini xüsusi vurğulamaq istəyirəm. Bu əlaqələr xüsusən iqtisadiyyat sahəsində çox uğurludur.

Əminəm ki, Sloveniya ilə Azərbaycan arasındakı əlaqələr bundan sonra da müntəzəm dialoq, qarışlıqlı anlaşma və dostluq ruhunda regionda və onun xaricində sülh, anlaşma və sabitlik maraqlarına xidmət edəcəkdir.

Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Borut PAHOR

Sloveniya Respublikasının Prezidenti

***

Zati-aliləri!

Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram.

Sizə yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Raul Kastro Rus

Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri

***

Zati-aliləri!

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə, qardaş Azərbaycan xalqına və hökumətinə ən səmimi təbriklərimizi və arzularımızı çatdırıram.

Zati-alinizin və Azərbaycan hökumətinin İslam Əməkdaşlıq Təşkilatının öz məqsədlərini yerinə yetirməsinə göstərdiyi dəstəyi yüksək dəyərləndirir və qardaş Azərbaycan xalqına Sizin ali rəhbərliyiniz altında davamlı inkişaf və rifah arzu edirəm.

Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Dərin hörmətlə,

İyad bin Amin Mədəni

İslam Əməkdaşlıq Təşkilatının baş katibi

***

Hörmətli Prezidentim!

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyi adından və şəxsən öz adımdan ən xoş arzularımı bildirirəm.

Türk dövlətləri arasında uzun illərdir davam edən birliyin geniş əməkdaşlığa çevrilməsini hədəfləyən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası dünya ölkələri arasında nüfuzu ilbəil artmaqda olan Azərbaycanın da böyük dəstəyi ilə hədəflədiyi yolda özünü daha güclü hiss etməkdədir.

Zati-alinizin liderliyi ilə inkişaf edən Azərbaycanın əlamətdar bayramını təbrik edir, bütün Azərbaycan xalqına rifah, cansağlığı və xoşbəxtlik diləyirəm.

Dərin hörmətlə,

Xəlil AKINCI

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında