Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

 

 

Hюrmətli Prezident Əliyev!

Prezident vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Mən Birləşmiş Krallıqla Azərbaycan arasında güclü və genişlənən ikitərəfli münasibətlərdən məmnunluğumu bildirirəm. Azərbaycanın iqtisadi yüksəlişi bюyük təəssürat bağışlayır və şadam ki, Britaniya şirkətləri bu işdə əsas rol oynamışlar. “Şahdəniz 2” layihəsi ilə bağlı Yekun Sərmayə Qərarı ilə bu tendensiyanın davam etməsini səmimiyyətlə arzulayıram. Əgər bu qərar ilin sonuna qədər qəbul olunarsa, xarici işlər naziri imzalanma mərasimi üçün Bakıya səfər etmək məqsədilə nazir Məmmədyarovun dəvətini qəbul etməkdən məmnun olardı. Bu, юlkələrimiz arasında münasibətlərin alqışlanan və юnəmli mərhələsi olacaqdır.

Mən, həmçinin regional təhlükəsizlik məsələləri ilə bağlı Sizinlə davamlı əsaslarla sıx əməkdaşlığa sadiq olduğumu vurğulamaq istəyirəm. Azərbaycanın Əfqanıstana verdiyi tюhfəyə və Birləşmiş Krallığın Əfqanıstana uçan və oradan qayıdan hərbi təyyarələrinin hava məkanından keçməsinə verdiyiniz davamlı dəstəyə gюrə minnətdaram. Həmçinin ümidvaram ki, yenidən seçilməyinizdən sonra Siz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların irəliyə doğru aparılması üçün Prezident Sarkisyanla yaxın vaxtlarda gюrüşmək imkanında olacaqsınız. Birləşmiş Krallıq münaqişənin sülh yolu ilə həllinə qəti surətdə sadiq qalır. Eyni zamanda, ümid edirəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr Assosiativ Saziş və Strateji Müasirləşmə Tərəfdaşlığı vasitəsilə irəliləməkdə davam edəcəkdir.

Birləşmiş Krallıq Azərbaycanın son iyirmi il ərzində əldə etdiyi tərəqqini qeyd edir, юlkənizin müasir, inkişaf edən və dünyəvi cəmiyyətə doğru inkişafı bюyük təəssürat bağışlayır. Azərbaycanın dostu kimi, Birləşmiş Krallıq sosial və iqtisadi irəliləyişin demokratik və siyasi təkmilləşməyə uyğun aparılmasını gюrməyə ümid edir. Biz bu yaxınlarda keçirilmiş seçkilərdə əvvəlki seçkilərlə müqayisədə irəliləyişin olmaması ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun ilkin hesabatında ifadə edilmiş narahatlığı bюlüşürük. Birləşmiş Krallıq 2010-cu ildə keçirdiyi seçkilərdən sonra DTİHB-nin hesabatına uyğun iş apardığı kimi, biz hamımız DTHİB-nin hesabatından yararlana bilərik. Mən Azərbaycanı DTHİB ilə işi davam etdirməyə və onların verdiyi tюvsiyələr əsasında konstruktiv ruhda fəaliyyət gюstərməyə çağırmaq istərdim.

Üçüncü müddətdə səlahiyyətlərinizin icrasına başlamağınız münasibətilə Sizə bюyük uğurlar arzulayıram. Юtən il Londonda Sizinlə keçirdiyim gюrüşdən məmnun qaldım və ümidvaram ki, yaxın vaxtlarda gюrüşmək üçün digər fürsət yaranacaq.

Səmimiyyətlə Sizin

Devid KEMERON

Bюyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında