Zati-aliləri!
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi və yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Ölkələrimiz arasında dostluq münasibətlərinin, həmçinin ticarət əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluq duyuram. 2012-ci ildə ticarət dövriyyəmiz 1,38 milyard avroya çatmışdır. Əminəm ki, bu müsbət meyil gələcəkdə də davam edəcək və çex şirkətləri üçün Azərbaycanda biznes imkanları daha da artacaqdır.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, şəxsi həyatınızda və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Miloş ZEMAN
Çex Respublikasının Prezidenti
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli cənab Prezident!
İcazə verin, Azərbaycan Respublikasının Prezidenti seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi təbrik edim.
Azərbaycan son on ildə böyük inkişaf yolu keçmişdir. Bu inkişafa ötən ilin iyununda ölkənizə səfərim zamanı şəxsən əmin oldum. Mən ikitərəfli münasibətlərimizin dinamik inkişafına səmimi qəlbdən şadam. Son zamanlar ən yüksək səviyyədə görüşlər, habelə Azərbaycan-Macarıstan Hökumətlərarası İqtisadi Komissiyanın fəaliyyəti bu inkişafa xeyli dərəcədə kömək etmişdir. Əminəm ki, bizim intensiv əməkdaşlığımız gələcəkdə də davam edəcəkdir.
Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar arzulayıram.
Hörmətlə,
Viktor ORBAN
Macarıstan Respublikasının Baş naziri
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli cənab Prezident!
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
2003-cü ildən bəri Sizin uğurlu və uzaqgörən rəhbərliyiniz altında Azərbaycan inanılmaz dərəcədə inkişaf etmiş, xalqın isə firavan, əmin-aman həyatı daha da möhkəmlənmişdir.
Sizin enerji, nəqliyyat, mədəniyyət, informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirdiyiniz uzaqgörən, müdrik daxili və xarici siyasətiniz Azərbaycana beynəlxalq nüfuz və şöhrət qazandırmışdır.
Azərbaycan regionda mühüm rol oynayan modelə çevrilmişdir. Azərbaycan xalqı çox xoşbəxtdir ki, Sizin kimi lideri vardır.
Dərin hörmətlə,
Lütfi ZADƏ
ABŞ-ın çevik hesablamalar üzrə Berkli təşəbbüsünün direktoru,
Kaliforniya Universitetinin professoru
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri!
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ölkənizə tərəqqi və çiçəklənmə arzu edirəm. Sizə ali dövləti vəzifədə uğurlar diləyirəm.
Mən Azərbaycan və Sloveniya arasında dostluq əlaqələrinin bundan sonra da bütün istiqamətlərdə uğurla davam edəcəyinə əminəm. Əminəm ki, ölkələrimiz arasındakı faydalı əməkdaşlıq dünyada sülhün və stabilliyin möhkəmlənməsinə töhfə verəcəkdir.
Xahiş edirəm, cənab Prezident, Sizə olan ən səmimi ehtiramımı qəbul edin.
Hörmətlə,
Borut PAHOR
Sloveniya Respublikasının Prezidenti
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri!
İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməniz münasibətilə Bolqarıstan hökuməti adından və şəxsən öz adımdan Sizi təbrik edim, ən səmimi və xoş arzularımı çatdırım.
Bolqarıstan Azərbaycan ilə mövcud sıx əlaqələri yüksək qiymətləndirir və əmindir ki, bu əlaqələr xalqlarımızın rifahı naminə gələcəkdə də inkişaf edəcəkdir.
Əminəm ki, birgə səylərimiz vasitəsilə ənənəvi dost ölkələrimiz arasındakı ikitərəfli siyasi və mədəni dialoqun yüksək səviyyədə olması üçün geniş imkanlar yaradılacaqdır.
Zati-aliləri, bu gözəl fürsətdən istifadə edərək, Sizə cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə səmimi qəlbdən böyük uğurlar arzulayıram.
Hörmətlə,
Plamen OREŞERSKİ
Bolqarıstan Respublikasının Baş naziri
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə mənim ən səmimi təbriklərimi qəbul edin.
Demokratiyanın və beynəlxalq hüququn bütün normaları çərçivəsində keçirilmiş seçkilər ölkə vətəndaşlarının gözündə Sizin möhkəm nüfuzunuzu, yeritdiyiniz uğurlu daxili və xarici siyasətin təntənəsini, respublikanın həyatında xüsusi rolunuzu – əsl dövlət xadimi, müasir milli lider rolunuzu bir daha nümayiş etdirmişdir.
Sizə, ailənizə və bütün Azərbaycan xalqına səmimi qəlbdən xoşbəxtlik və firavanlıq, sülh və çiçəklənmə, xalqlarımız və dövlətlərimiz arasında tərəqqi və dostluq yolunda yeni uğurlar arzulayıram.
Hörmətlə,
Lyudmila ŞVETSOVA
Rusiya Federasiyası Federal Məclisi
Dövlət Duması sədrinin müavini
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli cənab Prezident!
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi və ürəkdən gələn təbriklərimi qəbul edin.
Əmin olduğumu bildirirəm ki, ali dövləti vəzifədə Sizin fəaliyyətiniz Azərbaycanın daha da çiçəklənməsinə, həmçinin Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı faydalı əməkdaşlığın ölkələrimizin və xalqlarımızın rifahı naminə inkişafına kömək edəcəkdir.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Xahiş edirəm, Sizə ən yüksək ehtiram bəslədiyimə əmin olasınız.
Hörmətlə,
Nikolaye TİMOFTİ
Moldova Respublikasının Prezidenti
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri!
Növbəti prezident seçkilərində yenidən inamlı qələbə qazanmağınız münasibətilə UNESCO adından və şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik edir, Azərbaycan Respublikasının ali dövləti vəzifəsində Sizə davamlı müvəffəqiyyət arzulayıram.
Fürsətdən istifadə edərək ölkənizin UNESCO-nun fəaliyyətində oynadığı mühüm rolu çox yüksək qiymətləndirirəm. May ayında Azərbaycana səfərimdən çox gözəl xatirələr qalıb. O zaman mən Azərbaycan Respublikası Hökumətinin çoxtərəfli beynəlxalq əməkdaşlıq öhdəliklərinə və inkişafa sadiqliyinin şahidi oldum. Azərbaycanın təşkilatımızın qlobal missiyalarına verdiyi dəstəkdə UNESCO-nun xoşməramlı səfiri kimi birinci xanım Mehriban Əliyevanın dəyərli töhfələrini xüsusi qeyd edirəm.
İnanıram ki, Azərbaycan ilə UNESCO arasında çox gözəl əməkdaşlıq əlaqələri gələcək illərdə daha da inkişaf edəcəkdir.
Əmin ola bilərsiniz ki, bunun üçün mən əlimdən gələni edəcəyəm.
Zati-aliləri, Sizə ən xoş arzularımı çatdırır, yüksək ehtiramımı və hörmətimi qəbul etməyinizi xahiş edirəm.
Dərin hörmətlə,
İrina BOKOVA
UNESCO-nun baş direktoru
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Azərbaycan Respublikasının Prezidenti seçkilərində parlaq qələbəniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Sizin böyük səs çoxluğu ilə qazandığınız qələbə Azərbaycan Respublikasının inkişaf etdirilməsi istiqamətində gördüyünüz möhtəşəm işlərin və xalqın Sizə olan etimadının əyani təsdiqidir. Azərbaycan xalqı sosial və iqtisadi problemlərinin həllinə olan ümidlərini bu qələbə ilə bağlayır.
Azərbaycan əhalisinin mütləq əksəriyyəti Sizə xalqın rifahının yüksəlməsinə yönəlmiş genişmiqyaslı inkişaf xəttini inamla və qətiyyətlə həyata keçirməyə qadir olan lider kimi inanır.
Bütün təşəbbüslərinizdə Sizə səmimi qəlbdən böyük uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram.
Hörmətlə,
Ramzan KADIROV
Çeçen Respublikasının başçısı
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri!
Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan təbrik etməyi, Azərbaycan Respublikasının dost xalqına çiçəklənmə, şəxsən Sizə xoşbəxtlik arzulamağı özümə şərəf bilirəm.
Biz səmimi qəlbdən inanırıq ki, xalqlarımızın dostluğu və qarşılıqlı əlaqələri dünyada sülh və konstruktiv əməkdaşlıq naminə hər iki tərəfin mənafeyi baxımından inkişaf etməyə davam edəcəkdir.
Zati-aliləri, Sizə dərin ehtiramımı bildirir, möhkəm cansağlığı, ali dövləti vəzifənizdə uğurlar arzulayır, Azərbaycan Respublikasının xalqına isə daim tərəqqi, sülh və sabitlik diləyirəm.
Hörmətlə,
Jelko KOMŞİÇ
Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri!
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir və bu ali dövləti vəzifədə Sizə uğurlar arzulayıram.
Əminəm ki, Sizin yeni prezidentlik dövrünüz Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycanın sülhün, inkişafın və insan hüquqlarının daha etibarlı qorunması məsələlərində qlobal rolunun güclənməsi üçün imkan yaradacaqdır.
Birləşmiş Millətlər Təşkilatı hamı üçün daha yaxşı dünya qurmaq səylərini davam etdirir və bu məqsədə çatmaq işində ölkənizin sadiqliyi çox vacibdir. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisinə verdiyi dəstəyi yüksək qiymətləndirirəm və bu səylərin gələcəkdə daha da güclənəcəyinə inanıram.
Zati-aliləri, Sizə öz dərin ehtiramımı bildirirəm.
Kasım-Comart TOKAYEV
BMT baş katibinin müavini, Cenevrə ofisinin rəhbəri
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Bu ali dövləti vəzifəyə yenidən seçilməyiniz yüksək nüfuzunuzu, sülhə, sabitliyə, firavanlığa və sosial-iqtisadi inkişaf kursunun davam etdirilməsinə olan ümidlərini Sizin adınızla bağlayan Azərbaycan əhalisinin peşəkarlığınıza, bacarığınıza inamını təsdiq edir.
Əminəm ki, Azərbaycan Respublikasının və İnquşetiya Respublikasının xalqları arasındakı tarixi qardaşlıq münasibətləri möhkəmlənəcək və dinamik inkişaf edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimiyyətlə cansağlığı, xoşbəxtlik, rifah, bütün işlərinizdə və təşəbbüslərinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Yunusbek YEVKUROV
İnquşetiya Respublikasının başçısı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.