Zati-aliləri, Sizi salamlayıram.
Yenidən qardaş Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Fələstin dövləti və xalqı adından və şəxsən öz adımdan təbrik etməkdən böyük məmnunluq duyuram. Xalqınızın məqsədlərinə çatmasında, inkişafı və tərəqqisi yolunda göstərdiyiniz səylərdə Zati-alinizə uğurlar arzu edirəm. Sizə xalqlarımızın və ölkələrimizin qarşılıqlı faydalı əməkdaşlığı naminə tərəfdaşlığımızı təklif edir, həmçinin tarixi qardaşlıq əlaqələrimizin gücləndirilməsini diləyirik.
Xahiş edirəm, ən səmimi təbriklərimizi və Zati-alinizə cansağlığı və xoşbəxtlik diləklərimizi qəbul edin.
Mahmud ABBAS
Fələstin Dövlətinin Prezidenti,
Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident!
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Serbiya Respublikasının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi, ölkənizin tərəqqisi və xalqınızın rifahı naminə ən yaxşı arzularımı Zati-alinizə çatdırmaqdan məmnunam.
Xalqlarımız arasında ənənəvi dostluq, qarşılıqlı dəstək və anlayışa əsaslanan hərtərəfli əlaqələr barədə bu il Bakıda etdiyimiz söhbətlər məndə belə bir əminlik yaratmışdır ki, bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızı inkişaf etdirmək üçün bu əlaqələrimizi uğurla davam etdirəcəyik.
Cənab Prezident, fürsətdən istifadə edərək Sizə ali dövləti vəzifənizdə uğurlar və xoşbəxtlik arzulayır, sonsuz ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Tomislav NİKOLİÇ
Serbiya Respublikasının Prezidenti
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Sizi prezident seçkilərində qələbə münasibətilə təbrik edirəm.
Seçki kampaniyası bir daha təsdiq etmişdir ki, Azərbaycan vətəndaşları Sizin ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, irimiqyaslı sənaye və infrastruktur layihələrinin həyata keçirilməsinə yönəlmiş xəttinizi tamamilə dəstəkləyirlər.
Biz ənənəvi Rusiya-Azərbaycan dostluq münasibətlərinin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk. Əminəm ki, səmərəli ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi Rusiya və Azərbaycan xalqlarının köklü maraqlarına tam mənada cavab verir.
Hörmətli İlham Heydər oğlu, Sizə məsul fəaliyyətinizdə yeni uğurlar, möhkəm cansağlığı və firavanlıq arzulayıram.
Hörmətlə,
Dmitri MEDVEDEV
Rusiya Federasiyası Hökumətinin sədri
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident, əziz dostum!
Monteneqro Hökuməti və şəxsən öz adımdan Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik etməkdən məmnunluq duyur və Sizə gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Azərbaycan vətəndaşlarının Sizə yenidən yüksək etimad göstərməsi ölkənizin hazırkı və inanıram ki, gələcək sosial və iqtisadi inkişafına, tərəqqisinə qiymətin və dəstəyin təzahürüdür.
Əminəm ki, yeni ideya və təşəbbüslər Azərbaycan və Monteneqro arasında bütün səviyyələrdə artıq mövcud olan səmərəli əməkdaşlığın qarşılıqlı maraq doğuran sahələrdə uğurlu inkişafı üçün yeni imkanlar açacaq və əlavə təkan verəcəkdir.
Cənab Prezident, uğurlu işlərinizin davamlı olmasını səmimiyyətlə arzulayaraq, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Milo DUKANOVİÇ,
Monteneqro Respublikasının Baş naziri
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri!
Sizi 2013-cü il oktyabrın 9-da yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizin bir daha bu ali vəzifəyə seçilməyiniz Azərbaycan xalqı tərəfindən ölkənizin sürətli inkişafı və dünya dövlətləri arasında önəmli yer tutması istiqamətində yürütdüyünüz siyasətə verilən dəstəyin bariz nümunəsidir.
Əminəm ki, Sizin beynəlxalq əməkdaşlığın gücləndirilməsinə yönəlmiş geniş dünyagörüşünüz yeni prezidentlik müddətinizdə qlobal səviyyədə mədəniyyətlərarası dialoqun və dini tolerantlığın təbliği və tərənnümü üçün strateji imkanlar yaradacaqdır.
BMT-nin Sivilizasiyaların Alyansına göstərdiyiniz dəstəyə görə Sizə xüsusi minnətdarlığımı bildirirəm. Bu, Sizin mədəniyyətlər arasında dialoqun, həmçinin dünyada sülhün və inkişafın gücləndirilməsi istiqamətində fəaliyyətinizin bariz nümunəsidir.
Zati-aliləri, Sizə bir daha yeni prezidentlik müddətində fəaliyyətə başlamağınız münasibətilə səmimi təbriklərimi çatdırıram.
Dərin hörmətlə,
Nasser Abdüləziz Al-Nassir
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri, hörmətli cənab Prezident!
Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik etmək istərdim. Bu seçkilərin nəticələri sübut edir ki, Siz beynəlxalq miqyasda yüksək status qazanmış ölkənizi sürətli inkişaf yolu ilə irəliyə aparırsınız. Bakıya səfərim zamanı məndə yaranmış təəssüratlara əsasən deyə bilərəm ki, Siz ölkənizin mövqeyini böyük qətiyyətlə təkcə regionda deyil, bütün dünyada gücləndirmisiniz.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə və şəxsi həyatınızda uğurlar arzulayıram. Sizinlə bir daha görüşmək ümidindəyəm.
Hörmətlə,
Rudolf ŞUSTER
Slovakiya Respublikasının sabiq prezidenti
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm İlham Heydər oğlu!
Mən Moskvaya qayıdandan sonra Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə bir daha ürəkdən təbrik etmək istərdim.
Sizin prezident seçkilərində inamlı qələbəniz məqsədyönlü şəkildə həyata keçirdiyiniz siyasi xəttin Azərbaycan xalqı tərəfindən dəstəklənməsinin parlaq nümayişidir.
Azərbaycan yaxın və uzaq xaricdə haqlı olaraq nüfuz sahibidir, onun beynəlxalq aləmdə fəallığı və rolu durmadan artır.
Bizim bu yaxınlarda Bakıda açıq və məzmunlu söhbətimizi səmimiyyətlə xatırlayıram. Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin fəaliyyətinə Sizin dəstəyinizi yüksək qiymətləndirirəm.
Möhtərəm İlham Heydər oğlu, Azərbaycan xalqının rifahının yüksəldilməsində və respublikanın hərtərəfli inkişafında Sizə səmimi qəlbdən yeni uğurlar, möhkəm cansağlığı və firavanlıq arzulayıram.
Dərin hörmətlə,
Sergey LEBEDEV
MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi Qaraçay-Çərkəz xalqı adından və şəxsən öz adımdan təbrik edirəm.
Seçkilərdə inamlı qələbəniz respublika vətəndaşları arasında yüksək nüfuzunuzu, iqtisadiyyatda, sosial sahədə Sizin tərəfinizdən həyata keçirilən dəyişikliklərin uğurlu olduğunu göstərir. Əmin olduğumu bildirmək istəyirəm ki, Sizin Azərbaycan Respublikasının Prezidenti vəzifəsində fəaliyyətiniz bundan sonra da səmərəli olacaq və Azərbaycan vətəndaşlarının həyat keyfiyyətinin yaxşılaşdırılmasına, xarici siyasi aləmdə dövlətin mövqelərinin möhkəmlənməsinə xidmət edəcəkdir.
Sizə səmimi qəlbdən cansağlığı, bütün işlərdə uğurlar arzulayıram.
Hörmətlə,
Rəşid TEMREZOV
Qaraçay-Çərkəz Respublikasının başçısı
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Respublika vətəndaşlarının göstərdiyi etimad Sizin yüksək nüfuzunuzu və Azərbaycanın inkişafında şəxsi xidmətlərinizi, dünya dövlətləri birliyində ölkənizin mövqelərinin möhkəmləndiyini təsdiq edir.
Sizi əmin edirik ki, səmimi dostluğa, Azərbaycan ilə Şimali Osetiya arasında təşəkkül tapmış səmərəli əməkdaşlığı davam etdirməyə hazırıq.
Sizə cansağlığı, xoşbəxtlik və Azərbaycan Respublikasının çiçəklənməsinə yönəlmiş bütün işlərdə uğurlar arzulayıram.
Hörmətlə,
Taymuraz MAMSUROV
Şimali Osetiya-Alaniya Respublikasının başçısı
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident!
İlk növbədə, icazə verin, 2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikasının prezidenti seçkilərində parlaq qələbəniz münasibətilə səmimi təbriklərimi Sizə çatdırım.
Bu seçkilərin nəticələri xüsusilə ona görə mühümdür ki, əhalinin seçkilərdə iştirak səviyyəsi çox yüksək olmuşdur.
Beləliklə, yaratdığınız siyasi sabitlik nəticəsində Siz öz gözəl ölkənizin müasirləşdirilməsini davam etdirə biləcəksiniz. Eyni zamanda, ölkənizin Avropa Şurasında üzvlüyü çərçivəsində demokratik islahatları da davam etdirə biləcəksiniz.
Cənab Prezident, Sizə ən yüksək hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm.
Dərin hörmətlə,
Jan Mari Bokel
Senator, Fransa Senatının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, keçmiş nazir
Azərbaycan Respublikasının Prezidenti
zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri!
İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edim.
Birinci və ikinci prezidentlik müddətinizdə ölkənizin Sizin sayənizdə təmin edilmiş möhtəşəm iqtisadi inkişafı və həyata keçirdiyiniz cəsarətli demokratik islahatlar Sizin bu yüksək vəzifəyə yenidən seçilməyiniz üçün həlledici rol oynadı.
Mən xüsusi olaraq şərəf hissi keçirirəm ki, bu il oktyabrın 31-dən noyabrın 1-dək Bakıda Üçüncü Beynəlxalq Humanitar Forumda, noyabrın 1-2-də isə Gəncədə İkinci Beynəlxalq Üzüm və Şərab Festivalında iştirak etmək üçün çox yaxın vaxtlarda Azərbaycana səfər edəcəyəm. Bu səfər zamanı Azərbaycan ilə Yon vilayəti arasında mövcud olan tərəfdaşlığın, o cümlədən maldarlıq, şərabçılıq, çörək məhsulları istehsalı sahələrində və futbol üzrə əməkdaşlığımızın daha da gücləndirilməsi üçün yeni bir fürsət yaranacaqdır.
Zati-aliləri, Sizinlə görüşmək arzusu ilə və yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi bir daha səmimi qəlbdən təbrik edirəm.
Zati-aliləri, Sizə ən yüksək hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm. Dərin hörmətlə,
Andre VİLYE
Fransanın Burqundiya regionunun Yon vilayətinin
Ali Şurasının Prezidenti
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri!
Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçkilərdə qazandığınız parlaq qələbə münasibətilə təbrik etmək istərdim. Bu qələbə Sizin Azərbaycan və azərbaycanlılar üçün hər gün gördüyünüz böyük işlərin nəticəsidir.
Çox böyük şərəf hissi ilə Yon vilayətinin Ali Şurasının Prezidenti cənab Andre Vilye və senator Piyer Bordiyerlə bu ayın sonunda Sizin ölkənizə səfər edəcəyik.
Bu səfər bizim Yon vilayəti ilə Azərbaycan arasında mövcud tərəfdaşlığın daha da gücləndirilməsi üçün bir fürsət olacaqdır.
Zati-aliləri, Sizə ən yüksək hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm.
Dərin hörmətlə,
Patrik JANDRO
Şabli şəhərinin meri, Fransanın Burqundiya regionunun
Yon vilayətinin Ali Şurasının birinci vitse-prezidenti
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri!
Azərbaycanda keçirilən prezident seçkilərində parlaq qələbəniz münasibətlə Sizi ürəkdən təbrik edirəm.
Bu ilin yay aylarında Sizin xanımınızı və övladlarınızı Kann şəhərində qarşılamaqdan böyük şərəf hissi duydum. Onlar Sizin ölkənizin mədəniyyətinin çox gözəl səfirləridir. Kann şəhəri onları hər zaman qəbul etməkdən şərəf duyur.
Zati-aliləri, Sizə ən yüksək hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm.
Dərin hörmətlə,
Bernard Broşan
Kann şəhərinin meri,
Fransa Milli Assambleyasının deputatı
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, icazə verin, Azərbaycanda keçirilmiş prezident seçkilərində inamlı və şəksiz qələbəniz münasibətilə Sizə ən səmimi təbriklərimi və arzularımı çatdırım.
Fürsətdən istifadə edərək Azərbaycanın Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının işində fəal iştirakına görə Sizə dərin təşəkkürümü bildirirəm. Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatı ilə Azərbaycan Hökumətinin və milli şərabçılıq institutlarının səmərəli əməkdaşlığı şərab dünyası üçün böyük imkanlar yaradacaqdır.
Ali diqqətinizə çatdırmaq istərdim ki, bu il oktyabrın 31-dən noyabrın 1-dək Bakıda təşkil ediləcək Üçüncü Beynəlxalq Humanitar Forumda, noyabrın 1-2-də Gəncədə keçiriləcək İkinci Beynəlxalq Üzüm və Şərab Festivalında iştirak etmək üçün Azərbaycana səfər edəcəyəm.
Bir daha təbriklərimi çatdırır, Azərbaycana səfərim zamanı Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm.
Zati-aliləri, Sizə ən yüksək hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm.
Dərin hörmətlə,
Federiko Kaşteluçi
Beynəlxalq Üzümçülük və Şərabçılıq
Təşkilatının baş direktoru
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Əziz İlham Heydər oğlu!
Sizi və bütün Azərbaycan xalqını seçkilərdə möhtəşəm qələbəniz münasibətilə təbrik edirəm.
UNESCO seçkilərin nəticələri barədə məlumatı alqışlamışdır. İcraiyyə Şurasının iclasında Baş direktorun nitqində Azərbaycanın bu təşkilata göstərdiyi dəstəkdən bəhs edilmişdir. Biz Sizinlə bərabər, UNESCO-nun xoşməramlı səfiri gözəl Mehriban xanımı da təbrik edirik!
Qoy Sizin yüksək ilhamınız işlərinizə və niyyətlərinizə həmişə enerji versin! Sizə cansağlığı və uzun ömür arzu edirəm!
Həmişə Sizinlə olan,
Oljas SÜLEYMENOV
Qazaxıstan Respublikasının
UNESCO yanında daimi nümayəndəsi
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri!
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Dünya Taekvondo Federasiyasının ən səmimi təbriklərini qəbul edin.
Azərbaycan xalqı ölkənizi müəyyənləşdirdiyiniz istiqamətdə irəliyə aparmaq üçün Sizə yenidən etimad göstərmişdir. Əminəm ki, Siz seçicilərin etimadını qarşıdakı illərdə də doğruldacaq, Azərbaycanı daha da irəliyə aparacaqsınız.
Dünya Taekvondo Federasiyası Sizin fəal köməyinizlə taekvondonun dünya səviyyəsinə qaldırılması, ilk dəfə 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarına daxil edilməsi, bütün dünyada qarşılıqlı anlaşma və sülh vasitəsi kimi qəbul olunması üçün göstərdiyiniz dəstəyi yüksək qiymətləndirir.
Növbəti illərdə Azərbaycanın daha böyük uğurlar qazanmasını səbirsizliklə gözləyirik. Mənim dostluğuma və dəstəyimə hər zaman etibar edə bilərsiniz.
Dərin hörmətlə,
Çunqvon Ço
Dünya Taekvondo Federasiyasının Prezidenti
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Seçkilərdə parlaq qələbə respublika sakinləri arasında yüksək nüfuzunuzun daha bir inandırıcı təsdiqi, xalq naminə, Azərbaycanın şöhrəti naminə məqsədyönlü əməyinizin etiraf edilməsidir.
Bu gün müstəqil Azərbaycan dünya məkanında, dünyanın aparıcı ölkələri arasında getdikcə daha layiqli və nüfuzlu yer tutur. Ölkənin böyük iqtisadi inkişafı, yüksək mənəvi-əxlaqi mühitin qorunub saxlanılması, mədəniyyət, elm və təhsilin dəstəklənməsi Sizin - güclü yaradıcı enerjiyə malik, işinin peşəkarı olan, nəzərdə tutulan planların həyata keçməsinə ardıcıllıqla və təkidlə nail olan bir insanın böyük şəxsi xidmətidir.
Bu günlər Çində olsam da, seçkiləri diqqətlə izləyirdim və bu gün səmimi qəlbdən Sizə və Sizin bütün yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram. Qoy həmvətənlərinizin rifahı naminə, ölkələrimizin xalqlarının dostluğu naminə bütün faydalı işləriniz və təşəbbüsləriniz əvvəlki kimi uğurlu olsun.
Hörmətlə,
Mixail QUSMAN
İTAR-TASS-ın baş direktorunun birinci müavini
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident!
Azərbaycan Respublikasının Prezidenti seçkilərində parlaq və möhtəşəm qələbəniz münasibətilə Həmkarlar İttifaqları Ümumi Konfederasiyası adından və şəxsən öz adımdan Sizi ürəkdən təbrik edirəm. Azərbaycan seçiciləri Sizi yenidən Prezident seçməklə fəaliyyətinizi yüksək qiymətləndirmişlər. Bu fəaliyyət sayəsində Azərbaycan iqtisadi və sosial inkişaf yolu ilə inamla irəliləyir, beynəlxalq mövqelərini möhkəmləndirir.
Əminik ki, Sizin rəhbərliyiniz altında respublikada həmkarlar ittifaqlarının hüquq və azadlıqlarına etibarlı surətdə təmin edilməsi, səmərəli sosial dialoqun inkişafı üzrə işlər bundan sonra da davam edəcəkdir.
Möhtərəm cənab Prezident, Sizə ən xoş arzularımızı, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləklərimizi qəbul edin.
Dərin hörmətlə,
Vladimir ŞERBAKOV
Həmkarlar İttifaqları Ümumi
Konfederasiyasının baş katibi
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Həmkarlar İttifaqları Ümumi Konfederasiyası və Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyası adından ən xoş və səmimi təbriklərimizi qəbul edin.
Həmkarlar İttifaqları Sizin Azərbaycanın möhkəmlənməsinə və inkişafına, onun beynəlxalq nüfuzunun artmasına, sosial proqramların həyata keçirilməsinə və ölkə vətəndaşlarının rifahının yüksəlməsinə yönəlmiş səmərəli işinizi, MDB məkanında inteqrasiya proseslərinin inkişafına, xalqlarımızın dostluğunun möhkəmlənməsinə töhfənizi qeyd edir.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, Azərbaycan Respublikasına rəhbərlikdə yeni uğurlar arzulayıram. Ümidvaram ki, Siz Həmkarlar İttifaqlarının təkliflərinə və sosial-əmək təşəbbüslərinə diqqət və dəstək verəcəksiniz.
Hörmətlə,
Mixail ŞMAKOV
Həmkarlar İttifaqları Ümumi Konfederasiyasının prezidenti, Rusiya Müstəqil Həmkarlar İttifaqları
Federasiyasının sədri
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Əminəm ki, zəngin həyat təcrübəniz və yüksək peşəkarlığınız Azərbaycan Respublikasının dinamik və davamlı inkişafına dair məsələləri gələcəkdə də uğurla həll etməyinizə imkan verəcəkdir.
Planlarınızın və təşəbbüslərinizin həyata keçməsində Sizə səmimi qəlbdən yeni uğurlar, möhkəm cansağlığı, firavanlıq, Sizə və yaxınlarınıza xoşbəxtlik arzulayıram.
Səmimi hörmətlə,
Ruslan AUŞEV
MDB-nin Beynəlmiləl Döyüşçülərin İşləri üzrə
Komitəsinin sədri, Sovet İttifaqı Qəhrəmanı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.