Hörmətli cənab Prezident,
Məkkəyə həcc ziyarətinin başa çatdığı bir müddətdə Mişel və mən Qurban bayramı münasibətilə Amerikadakı və dünyadakı müsəlmanlara ən xoş arzularımızı çatdırır, xüsusən də zəvvarların müqəddəs səfəri uğurla başa çatdırmalarını diləyirik.
Dünyanın üç əsas dininin İbrahim peyğəmbərdən qaynaqlanmasını əks etdirən ayini ehtiva edən həcc ziyarətinə gedən təxminən üç milyon müsəlmana minlərlə amerikalı müsəlmanın qoşulması ilə fəxr edirik. Bu il həcc ziyarətinə gedənlərdən əlavə bütün dünyadakı müsəlmanlar bu bayramı Tanrı ilə münasibətlərini nəzərdən keçirərək və İbrahim peyğəmbərin öz oğlunu qurban verməyə hazır olmasını əsas götürərək qeyd edəcəklər.
Aralarındakı fərqlərə baxmayaraq, müxtəlif etnik və iqtisadi təbəqələrdən gələn bu qədər insanın ali bir amal ətrafında birləşməsi bütün bəşəriyyətə bir daha göstərir ki, bizim fərqimiz Tanrının bizə bəxş etdiyi və qəbul etməli olduğumuz gücün mənbəyidir.
Amerika xalqı adından biz bu xüsusi vaxtda bütün dünyadakı müsəlmanlara Qurban bayramı və həcc ziyarətinin uğurla başa çatması münasibətilə təbriklərimizi çatdırırıq.
Qurban bayramınız mübarək və həcc ziyarətiniz qəbul olsun.
Hörmətlə,
Barak OBAMA
Amerika Birləşmiş Ştatlarının Prezidenti
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Salam əleykum!
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi, eləcə də Azərbaycan Respublikasının dövlətini və xalqını səmimi qəlbdən təbrik edirəm.
Ümidvar olduğumu bildirmək istəyirəm ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı gözəl dostluq münasibətləri və əməkdaşlıq yeni dövrdə də inkişaf edəcək, ölkələrimiz arasındakı təmaslar isə qarşılıqlı hörmət əsasında xalqlarımızın mənafeyinə uyğun olaraq daha artıq genişləndiriləcəkdir.
Uca Tanrıdan Cənabınıza müvəffəqiyyətlər, dost və qardaş ölkə olan Azərbaycan Respublikasının dövlətinə və xalqına isə səadət və xoş günlər arzulayıram.
Hörmətlə,
Həsən RUHANİ
İran İslam Respublikasının Prezidenti
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Seçkilərdə inamlı qələbəniz Sizin rəhbərliyiniz altında həyata keçirilən uğurlu daxili və xarici siyasətin Azərbaycan xalqı tərəfindən geniş dəstəklənməsinin daha bir parlaq təsdiqi, dövlətin və cəmiyyətin sabit inkişafının, habelə ölkənin dünya birliyində layiqli yerinin möhkəmlənməsi işində yüksək xidmətlərinizin etiraf edilməsidir.
Əminəm ki, Özbəkistan Respublikası və Azərbaycan Respublikası arasında ənənəvi dostluq əlaqələri, qarşılıqlı faydalı və çoxplanlı əməkdaşlıq ölkələrimizin qardaş xalqlarının mənafeyi naminə bundan sonra da ardıcıl və hərtərəfli möhkəmlənəcəkdir.
Hörmətli İlham Heydər oğlu, bu gözəl fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, Azərbaycan xalqına firavanlıq və çiçəklənmə arzulayıram.
Hörmətlə,
İslam KƏRİMOV
Özbəkistan Respublikasının Prezidenti
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Azərbaycan Respublikasında prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Seçkilərdə aldığınız dəstək Azərbaycan xalqı tərəfindən Sizə olan böyük etimadın və ölkə qarşısında xidmətlərinizin yüksək qiymətləndirilməsinin ifadəsidir.
Qəti əminəm ki, Sizin yenidən Azərbaycan Prezidenti vəzifəsinə seçilməyinizlə, ölkələrimiz arasında dostluq əlaqələri xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı və dost Azərbaycan xalqının firavanlığı və çiçəklənməsinə yönəlmiş dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Almazbek ATAMBAYEV
Qırğız Respublikasının Prezidenti
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri!
Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Qətər Dövlətinin xalqı və şəxsən öz adımdan Sizə səmimi salamlarımı və ürəkdən gələn təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Fürsətdən istifadə edərək ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin gələcək illərdə də gücləndirilməsi arzumuzu bir daha diqqətinizə çatdırmaq istərdim.
Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin.
Dərin hörmət və ehtiramla,
Təmim bin Həməd Al Tani
Qətər Dövlətinin əmiri
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Yeni müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Sizin inamlı qələbənizlə başa çatmış, MDB-nin müşahidəçilər missiyasının qeyd etdiyi kimi, açıq və azad şəkildə keçirilmiş seçkilər bir daha göstərmişdir ki, Azərbaycan rəhbərliyinin ölkənin dövlət və ictimai sistemlərinin daha da təkmilləşdirilməsi xətti əhali tərəfindən geniş dəstəklənir.
Əminəm ki, Sizin dövləti fəaliyyətdə zəngin təcrübəniz, yüksək siyasi nüfuzunuz və bəşəri müdrikliyiniz bundan sonra da respublikanın sosial-iqtisadi tərəqqisinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə, ölkələrimizin xalqlarının rifahı naminə çoxşaxəli Rusiya-Azərbaycan əlaqələrinin dərinləşməsinə xidmət edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və Azərbaycan Respublikasının Prezidenti kimi məsul vəzifədə yeni uğurlar, dost Azərbaycan xalqına firavanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
Sergey NARIŞKİN
Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi Rusiya Federasiyası Federal Məclisinin Federasiyası Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Seçkilərdə inamlı qələbə Azərbaycan xalqının sabitliyi və çiçəklənməsi naminə Sizin yorulmaz səmərəli fəaliyyətinizin nəticəsidir, Azərbaycan Respublikasının başçısı kimi yüksək nüfuzunuzu təsdiq edir. Rusiya-Azərbaycan strateji əməkdaşlığının və ölkələrimizin xalqlarının dərin tarixi əlaqələrinə söykənən ikitərəfli dostluq münasibətlərinin daha da möhkəmlənməsinə Sizin verdiyiniz böyük töhfəni xüsusi məmnunluqla qeyd edirəm.
Hörmətli İlham Heydər oğlu, ali dövləti vəzifədə Sizə səmimi qəlbdən uğurlar, möhkəm cansağlığı, şəxsi səadət, Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
Valentina MATVİYENKO
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri!
Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə cansağlığı və davamlı uğurlar, qardaş Azərbaycan xalqına isə daha da çiçəklənmə və inkişaf arzularımla birgə ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin.
Abdullah bin Nasser bin Xəlifə Al Tani
Qətər dövlətinin Baş naziri və daxili işlər naziri
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, hörmətli cənab Prezident!
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Ölkənizdə möhkəm və güclü demokratiya quruculuğu sahəsində gördüyünüz işlərdə Sizə uğurlar arzu edirəm.
Sizi əmin edirəm ki, ATƏT Azərbaycan hökuməti ilə qurulmuş uzunmüddətli və faydalı əməkdaşlığı davam etdirməyə sadiqdir.
Zati-aliləri, Sizə ən yüksək ehtiramımı çatdırıram.
Hörmətlə,
Lamberto ZANNİER
ATƏT-in baş katibi
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Ölkə vətəndaşları etimad mandatını növbəti dəfə Sizə təqdim etmişlər. Bu da məsul vəzifədə fəaliyyətinizin yüksək qiymətləndirildiyini, Azərbaycan sakinləri arasında böyük nüfuz qazandığınızı və onların bundan sonra da Sizin rəhbərliyiniz altında dövlətin inkişafı yolunda irəliləməyə hazır olduqlarını göstərir. Doğma xalqın, demək olar, yekdil dəstəyi Sizi yeni nailiyyətlərə ruhlandırır, nəzərdə tutulan bütün məqsədlərə nail olmağınıza və planlarınızı həyata keçirməyinizə kömək edir. Sizə qarşıdakı prezidentlik fəaliyyətinizdə, gözəl Azərbaycanın rifahı naminə bütün təşəbbüslərinizdə uğurlar arzulayıram.
Tatarıstana olan səmimi münasibətiniz və Sizin qələbəniz bizim üçün həm də onun təminatıdır ki, Sizin iştirakınızla çoxtərəfli Tatarıstan-Azərbaycan əməkdaşlığı salnaməsinə yeni parlaq səhifələr yazılacaqdır. Ümidvarıq ki, xalqlarımız arasında dostluq və qarşılıqlı anlaşma ənənələri bundan sonra da Rusiya-Azərbaycan strateji tərəfdaşlığının möhkəmlənməsinə xidmət edəcəkdir.
Sizə ən səmimi hörmətimə əmin olun. Sizə və Sizin yaxınlarınıza sağlamlıq və xoşbəxtlik arzulayıram.
Hörmətlə,
Rüstəm MİNNİXANOV
Tatarıstan Respublikasının Prezidenti
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident!
Azərbaycan Respublikasının tarixində bu əlamətdar günlərdə Volqoqrad vilayəti hökuməti adından və şəxsən öz adımdan Sizi ümummilli seçkilərdə inamlı qələbəniz münasibətilə təbrik edirəm. Bu qələbə Prezidentin fəaliyyət xəttinin Azərbaycan xalqı tərəfindən geniş dəstəklənməsini bir daha nümayiş etdirdi. Sizin qələbə sevincinizə şərik olaraq Sizə səmimi qəlbdən möhkəm cansağlığı və işimizdə yeni uğurlar arzulayıram, Volqoqrad vilayəti ilə Azərbaycan respublikasının regionlarının dostluq və tərəfdaşlıq münasibətlərinin daha da inkişaf edəcəyinə ümid və inamımı bildirirəm.
Hörmətlə,
Sergey BOJENOV
Volqoqrad vilayətinin qubernatoru
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Hörmətli Prezident!
Azərbaycan xalqının yüksək təqdiri və iradəsi əsasında Zati-aliləri, Sizi yenidən ali dövləti vəzifəyə seçilməyiniz münasibətilə şəxsən öz adımdan, ofisim və iş yoldaşlarım adından səmimi təbriklərimi bildirirəm. Azərbaycan xalqının və dövlətinin birlik, bütövlük, xoşbəxtlik, sabitlik və rifah içində inkişafının davam etməsini diləyirəm.
Koray TARQAY
ATƏT-in Bakı ofisinin rəhbəri
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Yenidən böyük üstünlüklə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Seçkilərdə inamlı qələbəniz Sizin şəksiz nüfuzunuzun haqlı olaraq etiraf edilməsi, Azərbaycan xalqı tərəfindən Sizə dərin hörmətin, daimi dəstəyin təzahürüdür. Azərbaycanın bütün həqiqi dostları bu dəstəyə şərikdir. Şübhəsiz, bu, Sizin dahi atanız, Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinə hörmətin ən yaxşı əlamətidir.
Sizin qələbəniz Rusiya cəmiyyətində ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərinin, ölkələrimizin rəhbərlərinin etimada əsaslanan qarşılıqlı əlaqələrinin hərtərəfli inkişafına yönəlmiş ardıcıl fəaliyyət xəttinin təminatı kimi qəbul edilir.
Sizə möhkəm cansağlığı, firavanlıq, Azərbaycan Respublikasının çiçəklənməsi, əmin-amanlıq və tərəqqisi naminə uğurlar diləyirəm.
Hörmətlə,
İlyas UMAXANOV
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm!
Siz Azərbaycan Respublikasına şərəf və ləyaqətlə rəhbərlik edirsiniz. Sizin rəhbərliyiniz altında Azərbaycan iqtisadi və sosial inkişafda sanballı nəticələrə nail olmuş, beynəlxalq aləmdə mövqelərini möhkəmləndirmişdir və Rusiya ilə çoxşaxəli dostluq münasibətlərini inkişaf etdirir. MDBMİ məzunlarının Bakı Forumu zamanı ölkənizin nailiyyətlərini əyani görmək imkanımız oldu.
Siz MDBMİ-nin məzunu olan dostlarınızın dəstəyinə həmişə güvənə bilərsiniz.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, ailə səadəti, ali dövləti vəzifənizdə uğurlar arzulayıram.
Sizə və gözəl ailənizə dərin hörmət və ən səmimi hisslərlə,
Anatoli TORKUNOV
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru,
Rusiya Elmlər Akademiyasının akademiki
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Hörmətli Prezident İlham Əliyev!
Sizə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ABŞ-ın yəhudi icması və Amerika-İsrail İctimai Əlaqələr Komitəsi adından təbriklərimizi çatdırmaq istərdik.
Azərbaycanın yəhudi icmasına göstərdiyiniz dəstəyi və İsrail dövləti ilə dinamik əlaqələri qoruyub saxlamaq marağınızı yüksək qiymətləndiririk. Regionda strateji məsələlər sahəsində əlaqələr gələcək aylarda və illərdə daha mühüm əhəmiyyət kəsb edəcəkdir.
Amerikalılar kimi, biz Azərbaycan ilə ABŞ arasındakı terrorizmlə mübarizə məsələsindən enerji məsələlərinədək müxtəlif sahələri əhatə edən mühüm əlaqələri yüksək qiymətləndiririk.
Bir daha Sizə ən səmimi təbriklərimizi, Sizin administrasiyanıza və Azərbaycan Respublikasına ən xoş arzularımızı çatdırırıq.
Hörmətlə,
Maykl KASSEN
Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin Prezidenti
Hovard KOHR
Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin baş icraçı direktoru
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Hörmətli Prezident Əliyev!
Yenidən Prezident seçilməyiniz münasibətilə ən səmimi təbriklərimizi qəbul edin. Qələbəniz rəhbərliyinizin müdrikliyindən, nailiyyətlərinizin möhtəşəmliyindən və Azərbaycan xalqının dəstəyindən xəbər verir. Bakıda və Nyu-Yorkda Sizinlə keçirdiyimiz səmimi görüşləri xatırlayırıq. Dialoqumuzun davam edəcəyinə ümidvarıq. Azərbaycana səfərimiz bizdə böyük təəssüratlar, ölkəniz və xalqınız barədə dəyərli fikirlər yaratmışdır. Mühüm işlərdə Sizinlə əməkdaşlıqdan məmnunluq duyur və davamlı dəstəyinizə görə təşəkkür edirik.
Ən xoş arzularımızla,
Robert ŞUQARMAN
ABŞ-ın Aparıcı Yəhudi Təşkilatları Prezidentləri Konfransının sədri
Malkolm HONLAYN
ABŞ-ın Aparıcı Yəhudi Təşkilatları Prezidentləri Konfransının baş icraçı direktoru
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Üçüncü müddətə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Əminəm ki, bu, təkcə Sizə yüksək etimadın təsdiqi deyil, həm də Azərbaycanın bütün vətəndaşlarının xeyrinə siyasi və iqtisadi islahatların həyata keçirilməsi üçün mandatdır.
Ürəkdən inanıram ki, Sizin bilikləriniz, Sizə şəksiz xas olan effektiv dövlət meneceri keyfiyyətləri bundan sonra da ölkənin sosial-iqtisadi inkişafı, Ukrayna ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin daha da genişlənməsi naminə xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı və firavanlıq, siyasi fəaliyyətinizdə uğurlar, əməksevər Azərbaycan xalqına isə sülh və rifah arzulayıram.
Səmimi hörmətlə,
Leonid KUÇMA
1994-2005-ci illərdə
Ukrayna Prezidenti
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə təbrik edirəm.
Sizin üçüncü müddətə yenidən dövlət başçısı vəzifəsinə seçilməyiniz cəmiyyətdə şəksiz nüfuzunuzu, Azərbaycan xalqının Sizə böyük etimadını göstərir.
Sizə Azərbaycan Respublikasının Prezidenti kimi ali dövləti vəzifənizdə yeni möhtəşəm uğurlar arzulayıram.
Hörmətlə,
Maqomedəli MAQOMEDOV
Dağıstan Respublikası Dövlət Şurasının fəxri sədri
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Hörmətli Prezidentim!
Dost və qardaş Azərbaycan Respublikasında 2013-cü il oktyabrın 9-da keçirilən azad və demokratik seçkilərin müvəffəqiyyətlə başa çatması və Azərbaycan xalqının mütəşəkkil iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə zati-ailələrinə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və şəxsən öz adımdan ən səmimi təbriklərimi bildirmək istəyirəm.
Zati-alilərinin geniş təcrübəsinin və müdrik liderliyinin keçmişdə olduğu kimi, gələcəkdə də Azərbaycan xalqının inkişafına və rifahına böyük töhfə verəcəyinə, təşkilatımıza üzv ölkələr ilə Azərbaycan Respublikasının köklü dostluğa əsaslanan sarsılmaz əlaqələrinin və mədəniyyət, incəsənət sahəsində həyata keçirilən ortaq fəaliyyətimizin genişlənərək inkişafa davam edəcəyinə olan inamımı bu münasibətlə bir daha vurğulamaq istəyirəm.
Əmin ola bilərsiniz ki, Beynəlxalq TÜRKSOY təşkilatı hər zaman olduğu kimi, bu gün də dostluq və qardaşlıq əlaqələrinin inkişaf etdirilməsi və ucaldılması, Türk dünyası mədəniyyətinin və incəsənətinin tanıdılması və yayılması, üzv ölkələrin dünya mədəniyyətinin inkişafında yer alması istiqamətində göstərilən bütün fəaliyyətlərdə daim Azərbaycan xalqının yanında olacaqdır.
Zati-aliləri, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqının rifahı və inkişafı ilə bağlı ən xoş arzularımı çatdırır, ən dərin ehtiramımı qəbul etməyinizi diləyirəm.
Düsen KASEİNOV
TÜRKSOY-un baş katibi
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm İlham Heydər oğlu!
Sizin üçüncü müddətə ali dövlət vəzifəsinə - Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə mənim ən səmimi təbriklərimi qəbul edin.
Uzun illər boyu Siz haqlı olaraq, həm Azərbaycan Respublikasının tanınmış lideri, həm də dünya siyasətinin də ən parlaq simalarından birisiniz, ən mühüm və regional dünya problemlərinin həllində Sizin rəyiniz və mövqeyiniz dəfələrlə həlledici rol oynamışdır. Sizin keçdiyiniz zəngin həyat yolu öz ölkənizə hədsiz sevgi və sədaqət, yüksək peşəkarlıq, daimi vəzifə borcu hissi, məqsədyönlülük və müdriklik, ən mürəkkəb məsələləri həll etməyi, daim öz xalqının rifahı naminə xidmət etməyi bacarmaq nümunəsidir.
İcazə verin, Sizə ən böyük uğurlar, yüksək dövləti işlərinizdə yeni nailiyyətlər arzulayım.
Sizə və xanımınız Mehriban Arif qızına cansağlığı, xoşbəxtlik və firavanlıq diləyirəm.
Hörmətlə,
Tatyana ANODİNA
Dövlətlərarası Aviasiya Komitəsinin sədri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.