Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri zati-aliləri cənab Devid Kamerona

 

 

Hörmətli cənab Baş nazir!

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının keçmiş Baş naziri, görkəmli siyasi və dövlət xadimi xanım Marqaret Tetçerin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

XX əsrin dünya siyasətinin parlaq simalarından biri olan xanım Marqaret Tetçer Mühafizəkarlar Partiyasının çoxillik rəhbəri və Baş nazir qismində Birləşmiş Krallığın tarixində silinməz iz qoymuşdur. Marqaret Tetçer Azərbaycan ilə Birləşmiş Krallıq arasında əlaqələrin təşəkkülünə  və genişlənməsinə, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafına böyük töhfə vermişdir.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və Birləşmiş Krallığın bütün xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 9 aprel 2013-cü il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında