Əkrəm Əylisliyə, surəti “Xalq qəzeti”nə ünvanlanmış teleqramlardan sətirlər

 

 

Əkrəm Əylisli! 1988-1989-cu illərdə cərəyan edən hadisələri necə unutdun? Xalqımızın başına gətirilən müsibətlər səni qəflət yuxusundan niyə oyatmayıb?! Xalqına xəyanət edənin Vətən torpağı üzərində gəzməyə mənəvi haqqı yoxdur. Sənə ar olsun!

R.Aşurov, Şərur rayonu

 

Əkrəm Əylisli! Adətən yazıçılar, alimlər öz xalqı, öz Vətəni naminə ölümə gedirlər. Sən isə Vətənimizin 20 faizini işğal edənlərə – erməni quldurlarına havadarlıq edirsən. Xalqın nifrətindən necə qurtulacaqsan?!

Rüstəm Rüstəmov,

Babək qəsəbəsi

 

Ay nankor! “Daş yuxuları” yazanda sən ayıq idin, yoxsa sərxoş? Müqəddəs Əylis torpağına niyə xəyanət etdin? Daşnaklara satılmış nankor. Sən istiqlalımızın düşməni olduğuna görə “İstiqlal” ordenini daşımağa layiq deyilsən.

 

Kənan Musayev,

Naxçıvan şəhəri

Əkrəm! Bundan sonra Azərbaycan torpağında gəzməyə haqqın varmı?! Əsla! Nə qədər laqeyd, biganə və unutqansan. Xocalı soyqırımına göz yumursan! Xocalıda azyaşlı uşaqların, qız-gəlinlərin başına gətirilən müsibətlər sənin ailə üzvlərinin başına gətirilsəydi, o əsəri yazardınmı?

Ar olsun!

Vüqar Bağırov,

Şahbuz şəhəri

 

Əkrəm Əylisli, sən göstərdin ki, xalq yazıçısı deyilsən. Sən xalqa ləkəsən, ermənipərəst, mənəviyyatsız və simasızsan. Sənin azərbaycanlı olmağına şübhə edirik. Azərbaycanın çörəyi gözündən gələcək!

 

Əlövsət Allahverdiyev,

Culfa şəhəri

 

Sənin yazdığın və “Daş yuxular” adlandırdığın sərsəmləmə romanın bütün azərbaycanlıları hiddətə gətirib. Hər kəs səni lənətləyir. Çünki elə bir azəbaycanlı ailəsi yoxdur ki, onun ya özü, yaxud da ki, yaxınları bu müqəddəs torpaq uğrunda şəhid verməsin. Culfa rayon ictimaiyyəti adından bəyan edirik ki, biz səni nəinki azərbaycanlı, heç insan belə hesab etmirik. Lənət qınağı ilə yaşamaqdansa özünüzə ölüm arzulayın. Şərəfli ölümləri ilə xalqımıza başucalığı gətirən şəhidlərimizin uğrunda canından keçdikləri torpağa həqarət etmək nə yerə sığır, nə göyə. Sənin qanın təmiz deyil. Bunu əsərini oxuyan hər kəs birmənalı olaraq belə düşünür. Çünki hər kəsi doğmalarının ölümü yandırır, necə ki, uydurmalarına özün inanıb qan qohumlarına əbədi yas saxlayırsan.

 

Təranə Bayramova,

Culfa şəhəri

 

Görəsən yazdığın əsərin üçün heç olmasa indi, xalqın bu cür təpkisini görəndən sonra, vicdan əzabı çəkirsənmi? Bizim fikrimizcə bilirsən nə olmalıdır, yaxud nə gözləyirik? Səni göylərə qaldıran o titulların əlindən alınmalı və sən Vətən xaini elan olunmalısan. Xain məhz elə sənin kimi olur: vətənin torpağında gəzir, suyunu içir, çörəyini yeyir, özünə gün-güzəran düzəldir, sonra da ona təpik atır, vətənin qeyrəti naminə həbsxanalarda yatan, övladını şəhid verən vicdanlı şairlərini məsxərəyə qoyur, heç nə düşünmədən xalqını aşağılayır, onun heysiyyətini tapdalayır. Sənə ar olsun, deyirik və damarlarından erməni qanı axdığına inanırıq. Üzünü qara elədiyin ailə üzvlərini də götürüb havadarlarının yanına köçmək sənin xilas yolun olar. Biz sənə görə utanırıq.

 

 

Cabbar Əliyev, Tağı Kazımov, Zülfiqar Orucov,

Ramin Seyidov, Yüksəl Süleymanov, Famil Abdullayev,

Sənan Quliyev, Ceyhun Hüseynov, Kamal Sadıqlı,

Səfər Bağırov, Amil Məmmədov, Fariz Nəsirov,

Elməddin Bağırov, Xaliq Quliyev, Anar Əliyev,

Samiq Məmmədov, Elvin Həmzəyev, Səlim Axundov,

Elşən İsmayılov, Sərmasib Həsənov, Mirəli Seyidov,

Orxan Məhərrəmov, Ramazan Məmmədli,

Sahil Əliyev, Məzaəddin Bayrambəyliyev,

İsa İbrahimov, Şamxal Şahsuvarov,

Babək rayonu, Güznüt, Nehrəm, Araz kəndlərinin sakinləri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında