Hörmətli İlham Heydər oğlu!
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Əminəm ki, Sizin böyük təşkilatçılıq istedadınız, böyük dövlət xadimi təcrübəniz hələ uzun illər boyu Azərbaycan xalqının rifahı naminə dost ölkələrimiz arasında çoxtərəfli əlaqələrin və strateji tərəfdaşlığın inkişafına xidmət edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, yüksək və məsul vəzifənizdə yeni uğurlar arzulayıram.
Hörmətlə,
Sergey NARIŞKİN
Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri
Hörmətli cənab Prezident!
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Biz dostluğumuzu yüksək qiymətləndiririk və aramızdakı əməkdaşlığın və çoxtərəfli əlaqələrin möhkəmlənməsinə yönəlmiş bütün təşəbbüsləri bundan sonra da dəstəkləyəcəyik. Rusiya və Qafqaz xalqları sülhə can atır. Bu, təkcə bizim regionun deyil, bütün planetin uğurlu inkişafının əsasıdır.
Sizə səmimi qəlbdən cansağlığı, ailənizə firavanlıq, günəşli Azərbaycana isə daha da çiçəklənmə arzu edirəm.
Hörmətlə,
Taymuraz MAMSUROV
Şimali Osetiya-Alaniya Respublikasının rəhbəri
Hörmətli İlham Heydər oğlu!
Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi, möhkəm cansağlığı və firavanlıq, Azərbaycan Respublikasının və Müstəqil Dövlətlər Birliyinin rifahı naminə uzun illər boyu səmərəli fəaliyyət arzularımı qəbul edin.
Hörmətlə,
Arsen KANOKOV
Kabardin-Balkar Respublikasının rəhbəri
Çox hörmətli İlham Heydər oğlu!
İcazə verin, doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edim və Sizə ən səmimi hörmətimi bildirim!
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi, Azərbaycan xalqının rifahı naminə yeni uğurlar diləyirəm.
Möhtərəm İlham Heydər oğlu, fürsətdən istifadə edib Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında qarşılıqlı dostluq münasibətlərinin və işgüzar tərəfdaşlığın uğurlu inkişafına göstərdiyiniz daimi diqqət və dəstəyə, bu inkişafa şəxsi töhfənizə görə Sizə təşəkkür edirəm. Ürəkdən inanıram ki, aramızda yaranmış qarşılıqlı faydalı münasibətlər bundan sonra da uğurla inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizi bir daha ürəkdən təbrik edirəm, Sizə və yaxınlarınıza xoşbəxtlik, uğurlar, tükənməz optimizm və uzun ömür arzulayıram.
Hörmətlə,
Aleksandr JİLKİN
Həştərxan vilayətinin qubernatoru
Hörmətli İlham Heydər oğlu!
Doğum gününüz münasibətilə ən səmimi, ürəkdən gələn təbriklərimi qəbul edin.
İqtisadi cəhətdən çiçəklənən Azərbaycanın daha da inkişaf etməsinə yönəlmiş fədakar əməyiniz Sizə haqlı olaraq həm doğma ölkənizdə, həm də onun hüdudlarından çox-çox uzaqlarda hörmət qazandırmışdır. Bu gün Azərbaycan Respublikası sosial-iqtisadi inkişafda sanballı uğurlar nümayiş etdirir, beynəlxalq aləmdə öz nüfuzunu ardıcıl olaraq möhkəmləndirir.
Strateji xarakteri bizim müntəzəm, məzmunlu əlaqələrimizlə təsdiqlənən Belarus-Azərbaycan tərəfdaşlığının inkişafına Sizin şəxsi töhfənizi yüksək qiymətləndirirəm.
Əminəm ki, Belarus ilə Azərbaycan arasında ikitərəfli qarşılıqlı əlaqələr bundan sonra da səmərəli surətdə inkişaf edəcək və möhkəmlənəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqı naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Hörmətlə,
Aleksandr LUKAŞENKO
Belarus Respublikasının Prezidenti
Zati-aliləri !
İcazə verin doğum gününüz münasibətilə səmimi təbriklərimi çatdırım, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və bütün səylərinizdə ən böyük uğurlar arzulayım.
Gürcüstan ilə Azərbaycan Respublikası bir-birinə dərin tarixi tellərlə bağlıdır, münasibətlərimiz dostluğa, hörmətə və qarşılıqlı dəstəyə əsaslanır.
Mən Gürcüstanın yeni Baş naziri kimi əminəm ki, birgə səylərimizlə əlaqələrimizə yeni təkan verəcəyik və ölkələrimiz arasında strateji tərəfdaşlıq xalqlarımızın tərəqqisinə və rifahına, regionda sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verməklə keyfiyyətcə daha yüksək səviyyəyə qalxacaqdır.
Dekabrın 26-da Bakıda keçirəcəyimiz ilk görüşü çox böyük səbirsizliklə gözləyirəm. Bu fürsətdən istifadə edərək münasib bildiyiniz vaxtda Sizi Tbilisiyə dəvət etmək istərdim.
Zati-aliləri, bu düşüncələrimlə icazə verin ən yüksək ehtiramımı Sizə çatdırım.
Bidzina İVANİŞVİLİ
Gürcüstanın Baş naziri
Hörmətli İlham Heydər oğlu!
Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Bu gün Siz bütün qüvvənizi, təcrübənizi və biliklərinizi xalqın rifahına sərf edərək planlarınızı bacarıqla real işlərə çevirirsiniz. Sizin yüksək peşəkarlığınız, məqsədyönlü işiniz çox cəhətdən ölkənin sosial-iqtisadi inkişafına, onun sakinlərinin həyat səviyyəsinin və rifahının yüksəldilməsinə şərait yaradır. Sizin həyat yolunuz, dövlətinizin mənafelərinə sədaqətiniz, fəal həyat mövqeyiniz Azərbaycana təmənnnasız xidmətin parlaq nümunəsidir.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, bütün işlərinizdə və təşəbbüslərinizdə yeni uğurlar diləyirəm.
Hörmətlə,
Yunusbek YEVKUROV
İnquşetiya Respublikasının rəhbəri
Çox hörmətli İlham Heydər oğlu!
Doğum gününüz münasibətilə Dağıstan Respublikasında yaşayan azərbaycanlılar adından səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
İcazə verin, fürsətdən istifadə edib Azərbaycan ilə Dağıstan arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsinə yönəlmiş çoxşaxəli fəaliyyətinizə, bizə, Dağıstanda yaşayan azərbaycanlılara göstərdiyiniz dəstək və diqqətə görə Sizə dərin təşəkkürümüzü bildirim.
Bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı və doğma Azərbaycanın firavanlığı naminə yeni uğurlar diləyirik.
Dərin hörmətlə,
Qurban QURBANOV
Dərbənd Rayonu
Administrasiyasının başçısı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.