Monteneqronun Prezidenti zati-aliləri cənab Filip Vuyanoviçə

Hörmətli cənab Prezident!
Əziz dostum!
Monteneqronun milli bayramı - Dövlətçilik günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Azərbaycan-Monteneqro münasibətləri hazırda dinamik şəkildə inkişaf etməkdədir. Daim möhkəmlənən dövlətlərarası münasibətlərimiz, dostluq əlaqələrimiz qarşılıqlı maraq doğuran əməkdaşlığımız üçün yaxşı imkanlar açır.
Ümidvaram ki, bu günlərdə ölkəmizə səfəriniz zamanı Sizinlə görüşümüz, apardığımız ətraflı fikir mübadiləsi əməkdaşlığımızın inkişaf perspektivlərini gerçəkləşdirmək yolunda səylərimizə yeni təkan verəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

{nl}

Hörmətlə, 
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı, 2 iyul 2012-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında