Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə (01.05.2012)

Zati-aliləri, əziz dostum!
Azərbaycanın milli bayramı - 28 May - Respublika Günü münasibətilə səmimi təbriklərimi Sizə çatdırıram.
Monteneqro ilə Azərbaycan arasındakı əlaqələr həmişə səmimi dostluğa əsaslanmışdır. Keçən il Azərbaycana etdiyim rəsmi səfər bunu açıq göstərdi. Dost ölkələrimiz arasında əməkdaşlığı genişləndirmək naminə göstərdiyimiz qarşılıqlı səylərin nəticələri məmnunluq doğurur. Bir sıra sazişlər imzalanıb və təsdiq olunub. Monteneqro və Azərbaycan xalqları arasında inkişaf etdirməyə çalışdığımız qarşılıqlı əlaqələri daha da gücləndirmək üçün möhkəm hüquqi baza yaradılmışdır.
Bununla yanaşı, deməliyəm ki, Adriatik dənizi sahilində yerləşən, regionda bir əsrdən artıq təcrübəsi olan əlverişli Bar limanına Azərbaycan şirkətlərinin göstərdiyi maraq ölkələrimiz arasında əməkdaşlığı genişləndirmək üçün daha bir imkandır.
Moteneqro xalqına Azərbaycanın yardımı üzrə sosial layihənin elan edilməsi vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilmişdir. Onlar öz dərin təşəkkürünü Azərbaycan xalqına və şəxsən Sizə ən müxtəlif yollarla ifadə etmişlər. İnanıram ki, bu, ölkələrimiz və xalqlarımız arasındakı dostluğa mühüm töhfə verəcəkdir.
Hörmətli Prezident! Əməkdaşlığımızı çoxşaxəli etmək və ölkələrimiz arasında əlaqələri gücləndirmək üçün xüsusən Sizin göstərdiyiniz səyləri xüsusi qeyd etmək istəyirəm. Bu məsələlərə yüksək həssaslıqla yanaşdığınıza görə Sizə ürəkdən minnətdaram. Gələcək əməkdaşlığımıza dair planların eyni dərəcədə uğurlu olacağına dərindən inanıram.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.
Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Filip VUYANOVİÇ Monteneqro Respublikasının Prezidenti

{nl}


Hörmətli Prezident!
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə İspaniya hökuməti və xalqı ilə birlikdə təbriklərimi Sizə çatdırmaq istəyirəm.
Sizə cansağlığı arzularımı çatdırır, dost Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq arzu edirəm.
Hörmətlə,
I Xuan KARLOS İspaniyanın Kralı

{nl}

 

{nl}

Hörmətli cənab Prezident!
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə təbriklərimi çatdırmaq istərdim.
Əminəm ki, Azərbaycan ilə Latviya arasında mövcud dostluq münasibətləri gələcəkdə daha da möhkəmlənəcəkdir. Şəxsən Sizin dəstəyinizlə qarşılıqlı əlaqələrimizin daha da genişlənəcəyinə ümid edirəm.
Xahiş edirəm, şəxsən öz adımdan və Latviya xalqı adından ən səmimi arzularımı qəbul edəsiniz.
Dərin hörmətlə,
Andris BERZİNŞ Latviya Respublikasının Prezidenti

{nl}

 

{nl}

Hörmətli cənab Prezident!
Sizi Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzu edirəm.
XVI Karl QUSTAV İsveçin Kralı

{nl}

 

{nl}

Zati-aliləri!
Xahiş edirəm, şəxsən öz adımdan və Sloveniya xalqı adından Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təbriklərimi qəbul edəsiniz. Ölkənizə tərəqqi və rifah arzu edirəm.
Fürsətdən istifadə edərək, Sloveniya ilə Azərbaycan arasında əlaqələrin dinamik inkişafını vurğulamaq istərdim. Sizin Sloveniyaya keçənilki səfəriniz ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə daha da genişlənməsinə təkan vermişdir.
Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Danilo TÜRK Sloveniya Respublikasının Prezidenti

{nl}


Cənab Prezident!
Zati-alilərinizi Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə böyük məmnuniyyətlə təbrik edirəm.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş xalqınıza isə daimi çiçəklənmə və rifah arzu edirəm.
Böyük hörmət və ehtiramla,
Feldmarşal Məhəmməd HÜSEYN TANTAVİ Misir Ərəb Respublikası Silahlı Qüvvələri Ali Şurasının Sədri

{nl}

 

{nl}

Cənab Prezident!
Sizi, hökumətinizi və Azərbaycan xalqını milli bayramınız - Respublika Günü münasibətilə təbrik edirəm.
Ölkələrimiz arasındakı dostluq əlaqələrini yüksək qiymətləndirir və gələcəkdə bu əlaqələrin daha da möhkəmlənməsini arzulayıram.
Dərin hörmət və xoş arzularla,
Hacı Həssənal BOLKİAH Bruneyin Sultanı

{nl}


Hörmətli cənab Prezident!
Dost Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alilərinizə Bəhreyn Krallığının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.
Fürsətdən istifadə edərək, Zati-alilərinizə möhkəm cansağlığı və səadət, Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə davamlı tərəqqi və çiçəklənmə diləyirəm.
Dərin hörmət və yüksək ehtiramla,
Şeyx Həməd bin İsa AL XƏLİFƏ Bəhreynin Kralı

{nl}

 

{nl}

Zati-aliləri, cənab Prezident!
Sizi və Sizin şəxsinizdə dost Azərbaycan xalqını Monqolustan xalqı adından və şəxsən öz adımdan milli bayram - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.
Tam əminəm ki, ölkələrimiz arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da Monqolustan və Azərbaycan xalqlarının rifahı naminə genişlənəcək və inkişaf edəcəkdir.
Zati-aliləri, cənab Prezident, Sizə möhkəm cansağlığı və işinizdə uğurlar, dost Azərbaycan xalqına tərəqqi arzulayıram.
Dərin hörmətlə,
Saxiaqiyn Elbeqdorj Monqolustanın Prezidenti

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında