Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə (30.05.2012)

Cənab Prezident !
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizi və bütövlükdə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, xoşbəxtlik, rifah və uğurlar arzulayıram.
Mən son illərdə Azərbaycandakı parlaq iqtisadi yüksəlişin bu il də davam etməsini xüsusilə arzu edirəm.
Bu yaxınlarda fransız xalqının mənə etimad göstərərək verdiyi mandata uyğun olaraq ölkələrimiz arasında dostluq əlaqələrini daha da möhkəmlətmək niyyətində olduğuma Sizi əmin etmək istəyirəm. Azərbaycan Fransanın mühüm tərəfdaşıdır və bu, gələcəkdə daha da mühüm olacaqdır.
Siz, həmçinin Cənubi Qafqazda sülh yaradılması üçün Fransanın səylərini davam etdirəcəyinə əmin ola bilərsiniz.
Cənab Prezident, Sizə çox yüksək ehtiram bəslədiyimə əmin ola bilərsiniz.
Fransua OLLAND Fransa Respublikasının Prezidenti

{nl}


Zati-aliləri, əziz dost !
Sizi və qardaş Azərbaycan xalqını dövlət bayramı - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.
Gürcüstan ilə Azərbaycanı dərin tarixi tellər bağlayır. Biz həmişə, bütün dövrlərdə mehriban qonşuluq, dostluq və qardaşlıq şəraitində yaşamışıq. Bizim ümumi keçmişimiz var və ümumi çağırışlar qarşısındayıq. Bu gün bizim münasibətlərimiz tamamilə yeni səviyyədə - strateji tərəfdaşlıq səviyyəsindədir.
Əminəm ki, Gürcüstan ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da Sizin rəhbərliyiniz altında səmərəli inkişaf edəcək, regionumuzda sülh və sabitliyin bərqərar olmasına, firavanlığa şərait yaradacaqdır.
Fürsətdən istifadə edib, Sizə ən dərin hörmətimi bildirirəm. Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına səadət və firavanlıq arzulayıram.
Səmimiyyətlə, Sizin
Mixeil SAAKAŞVİLİ Gürcüstan Prezidenti

{nl}


Hörmətli Prezident !
Birləşmiş Ərəb Əmirliklərinin xalqı, hökuməti adından və şəxsən öz adımdan ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alilərinizə səmimi salamlarımı və təbriklərimi çatdırmaq mənə şərəf verir.
Zati-alilərinizə xoşbəxtlik və ölkənizin qardaş xalqına bol firavanlıq arzulayıram.
Yüksək hörmət və ehtiramla,
Xəlifə bin Zayed Əl NƏHYAN Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti

{nl}


Hörmətli cənab Prezident !
Xahiş edirəm, Azərbaycan Respublikasının milli bayramı münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Macarıstan Azərbaycanın təhlükəsizlik mühiti yaratmaq, həmçinin Avropaya və Avratlantik strukturlara inteqrasiyanı bundan sonra da davam etdirmək istiqamətində Sizin səylərinizi böyük maraq və rəğbətlə izləyir.
Sizi əmin edə bilərəm ki, Macarıstan ikitərəfli əlaqələrin bundan sonra da inkişaf etməsinə, eyni zamanda, Azərbaycan ilə əməkdaşlığın yeni və qarşılıqlı faydalı formalarının yaradılmasına hazırdır.
Fürsətdən istifadə edərək Sizə dərin ehtiramımı çatdırmaq istərdim.
Yanoş ADER Macarıstanın Prezidenti

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında