Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident !
28 May - Respublika Gününü qeyd etdiyiniz bir vaxtda mən Amerika Birləşmiş Ştatlarının adından Sizə və Azərbaycan xalqında öz təbriklərimi çatdırıram.
1918-ci il mayın 28-də Azərbaycan fərəh və iftixar hissi ilə müstəqil dövlətini qurdu. Azərbaycan xalqı həmişə demokratiya arzuları ilə yaşamışdır və 70 ildən artıq müddətdən sonra 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etməsi həmin arzuları bir daha canlandırdı.
Bu il, biz, eyni zamanda, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında tərəfdaşlığın mühüm tarixini qeyd edirik, belə ki, 2012-ci ildə ABŞ ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının iyirminci ildönümü tamam olur. Bu əhəmiyyətli hadisə münasibətilə mən hökumətlərimiz və xalqlarımız arasında vacib əlaqələri, eləcə də birgə əldə etdiyimiz mühüm nailiyyətləri qeyd etmək istərdim.
Bütün Azərbaycan xalqına dinc və firavan il diləyərək, ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

{nl}

Səmimiyyətlə,
Barak OBAMA Amerika Birləşmiş Ştatlarının Prezidenti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında