Polşa Respublikasının Prezidenti zati-aliləri cənab Bronislav Komorovskiyə

Hörmətli cənab Prezident,
Polşa Respublikasının milli bayramı - Konstitusiya Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Azərbaycan-Polşa münasibətləri bu gün dinamik inkişaf yolundadır. Siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığımızın yüksək səviyyəsi məmnunluq doğurur. Avropa İttifaqının həyata keçirdiyi "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində, eləcə də enerji təhlükəsizliyinin təmin olunması istiqamətində qarşılıqlı işimiz ikitərəfli əlaqələrimizin əhatə dairəsini daha da genişləndirməkdədir.
Əminəm ki, Azərbaycan-Polşa əlaqələrinin mövcud potensialından daha səmərəli istifadə olunması, əməkdaşlığımızın inkişaf perspektivlərinin reallaşdırılması üçün bundan sonra da səylərimizi ardıcıl şəkildə davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Polşa xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

{nl}

Hörmətlə,
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı, 17 aprel 2012-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında