Rəsmi məktublar

Zati-aliləri!
İcazə verin, Azərbaycanın dövlət bayramı - Respublika Günü münasibətilə ən səmimi və xoş təbriklərimi Sizə və bütün qardaş Azərbaycan xalqına çatdırım.
Bu cür bayram əhval-ruhiyyəsində mən məmnunluqla qeyd edirəm ki, dərin tarixi və mədəni tellərlə bağlı olan Gürcüstan və Azərbaycan Respublikası arasında dostluq və mehriban qonşuluq münasibətləri mövcuddur.
Bundan əlavə, mən fərəh hissi ilə bildirirəm ki, hazırda dövlətlərimiz arasındakı münasibətlər strateji tərəfdaşlığa və qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə ikitərəfli faydalı əməkdaşlığa əsaslanır.
Bunları nəzərə alaraq, icazə verin, dövlətlərimiz arasında təşəkkül tapmış siyasi və iqtisadi əməkdaşlığın səviyyəsini bir daha alqışlayım və ümidvar olduğumu bildirim ki, ikitərəfli münasibətlərimiz bütün sahələri və ümumi maraq doğuran aspektləri əhatə etmək məqsədilə bundan sonra da genişlənəcəkdir.
Əminəm ki, Gürcüstan ilə Azərbaycan Respublikası arasındakı strateji əlaqələr və sıx əməkdaşlıq xalqlarımızın qarşılıqlı rifahı, eləcə də regionumuzda sülh, sabitlik və əmin-amanlıq naminə dinamik və məhsuldar şəkildə inkişaf edəcəkdir.
Zati-aliləri, icazə verin ən yüksək hörmət və ehtiramımı bildirim və Sizə cansağlığı, bütün işlərinizdə yeni müvəffəqiyyətlər arzulayaraq, bir daha öz səmimi təbriklərimi çatdırım.
Səmimiyyətlə Sizin,
Mixeil SAAKAŞVİLİ Gürcüstanın Prezidenti
28 may 2010-cu il

{nl}

***

{nl}

{nl}

Möhtərəm cənab Prezident!
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin xalqı və hökuməti adından, şəxsən öz adımdan zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan çox məmnunam. Zati-alinizə xoşbəxtlik, qardaş Azərbaycan xalqına firavanlıq arzulayıram.
Ən yüksək ehtiram və hörmətlə,
Şeyx Xəlifə bin Zaid Al NƏHƏYAN Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti

{nl}

***
Hörmətli cənab Prezident!
Azərbaycanın milli bayramı - 28 May Respublika Günü münasibətilə Əfqanıstan İslam Respublikasının xalqı adından zati-alinizə və dost Azərbaycan xalqına ən xoş və səmimi təbriklərimi çatdırmaqdan çox məmnunam.
Xoş niyyətin, qarşılıqlı hörmətin və birgə səylərin rəmzi olan Əfqanıstan ilə Azərbaycan arasında mövcud dost əlaqələrinin getdikcə genişləndirilməsindən və müxtəlif sahələrdə daha da möhkəmlənməsindən məmnunluq duyuram.
Digər dost xalqlarla yanaşı, dost Azərbaycanın silahlı qüvvələrinin burada olduqlarına, sülhün qorunmasında və beynəlxalq terrorizmlə mübarizədə bizi dəstəklədiklərinə görə minnətdarlığımızı bildirmək istərdim.
Əminəm ki, ölkələrimiz arasında mövcud olan əlaqələr xalqlarımızın və ölkələrimizin mənafeyi naminə gələcəkdə daha da inkişaf etdiriləcək və möhkəmləndiriləcəkdir.
Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan xalqına rifah və inkişaf arzu edirəm.
Həmid KƏRZAİ Əfqanıstan İslam Respublikasının Prezidenti

{nl}

***

{nl}

Möhtərəm cənab Prezident!
Respublika Günü münasibətilə zati-alinizə İraq xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi göndərir, bu münasibətlə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına müdrik rəhbərliyiniz altında davamlı tərəqqi və firavanlıq arzulayıram.
Ümid edirəm ki, ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələri İraq və Azərbaycan xalqlarının rifahı naminə daha da genişlənəcək və inkişaf edəcəkdir.
Dərin hörmətlə,
Cəlal ət-TƏLƏBANİ İraq Respublikasının Prezidenti

{nl}

***

{nl}

Hörmətli cənab Prezident!
Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə öz adımdan və Suriya xalqı adından zati-alinizi və dost Azərbaycan xalqını səmimi-qəlbdən təbrik etməkdən sevinc hissi duyuram.
Fürsətdən istifadə edərək zati-alinizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı inkişaf və firavanlıq arzu edirəm.
Bir daha ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinin xalqlarımız üçün faydalı olacağına inamımızı bildirmək istəyirəm.
Xahiş edirəm ən yüksək ehtiramımı qəbul edəsiniz.
Bəşşar əl-ƏSƏD Suriya Ərəb Respublikasının Prezidenti

{nl}

***
Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin xalqı və hökuməti adından və öz adımdan zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan çox məmnunam. Zati-alinizə xoşbəxtlik, ölkənizin qardaş xalqına firavanlıq arzulayıram.
Məhəmməd bin Rəşid Al-MƏKTUM Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubay əmiri

{nl}

***

{nl}

Hörmətli İlham Heydər oğlu!
Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin!
Rusiya Azərbaycan ilə qarşılıqlı hörmətə, etimada və anlaşmaya, çoxəsrlik qonşuluğa, ümumi maraqlara və keçmişin xatirəsinə, geniş perspektivlərə əsaslanan əməkdaşlığı yüksək qiymətləndirir. Ölkələrimizin münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə və əməkdaşlığın səmərəli olacağına əminəm. Qoy öz milli ənənələrini müqəddəs dəyərlər kimi qoruyub saxlayan gözəl, qədim və zəngin Azərbaycan torpağı həmişə xoşbəxt, dinc və firavan olsun.
Sizin gözəl ölkənizin daha da inkişaf etməsini və çiçəklənməsini, Sizə isə dövlətinizin rifahı naminə bütün təşəbbüslərinizdə böyük uğurlar, möhkəm cansağlığı və firavanlıq diləyirəm!
Svetlana ORLOVA Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini

{nl}

***

{nl}

Hörmətli İlham Heydər oğlu!
Rusiyanın İTAR-TASS informasiya-teleqraf agentliyinin jurnalistləri Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını milli bayramınız - Respublika Günü münasibətilə ürəkdən təbrik edirlər. Bu gün müstəqil Azərbaycan beynəlxalq aləmdə dünyanın aparıcı dövlətləri arasında getdikcə daha layiqli və hörmətli yer tutur. Ölkənin möhtəşəm iqtisadi inkişafı, yüksək mənəvi və əxlaqi ab-havanın qorunub saxlanması, mədəniyyətin, elmin, təhsilin dəstəklənməsi Sizin - quruculuq enerjisi aşıb-daşan, öz işini peşəkar səviyyədə bilən, nəzərdə tutulan planların həyata keçirilməsinə ardıcıl və əzmlə nail olan bir insanın böyük şəxsi xidmətləridir. Biz bilirik ki, Siz Heydər Əliyevin xatirəsinə, onun ideallarına ehtiram əlaməti olaraq bu dahi insanın bütün həyatını həsr etdiyi işə - Azərbaycan xalqının xoşbəxtliyinin və firavanlığının qayğısına qalmağa xidmət edirsiniz. Azərbaycanın başlıca sərvəti onun insanlarıdır.
Həmişə hər iki tərəfə xeyir vermiş, bizim dostluq münasibətlərimizi möhkəmləndirmiş işgüzar və yoldaşcasına əməkdaşlığa görə Sizə, çoxsaylı həmkarlarımıza, mütəxəssislərə və müxtəlif ranqlı rəhbərlərə səmimi minnətdarlığımızı bildiririk. Sizə və respublikanın bütün sakinlərinə əmin-amanlıq, xoşbəxtlik, firavanlıq diləyirik.
Hörmətlə,
Vitali İQNATENKO İTAR-TASS agentliyinin baş direktoru, Mixail QUSMAN İTAR-TASS agentliyi baş direktorunun birinci müavini

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında