Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!
Ölkənizin Respublika Günü - 28 May münasibətilə Amerika xalqı adından Sizi və Azərbaycan vətəndaşlarını təbrik edirəm.
Qlobal hədələrə qarşı mübarizənin aparılması, regional sabitliyin gücləndirilməsi və ümumi təhlükəsizlik problemlərinin aradan qaldırılmasında ölkələrimiz arasındakı tərəfdaşlıqdan qürur hissi duyuram. Əməkdaşlıq üçün yeni imkanları inkişaf etdirdiyimiz bir anda gələn aylar və illər ərzində həmin tərəfdaşlığın dərinləşməsini səmimiyyətlə arzulayıram. Birləşmiş Ştatlar Azərbaycan hökuməti və xalqı ilə möhkəm münasibətləri yüksək dəyərləndirir və həm öz regionunda, həm dünyada sabitliyə töhfə verən çiçəklənən və demokratik dövlət kimi Azərbaycanın suverenliyi və inkişafına sadiq olaraq qalır.
Milli bayramınız münasibətilə Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram.

{nl}

Səmimiyyətlə,
Barak OBAMA Amerika Birləşmiş Ştatlarının Prezidenti
25 may 2010-cu il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında