Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə (24.12.1981)

Zati-aliləri, çox hörmətli İlham Heydər oğlu! Sizin həyatınızda əlamətdar tarix - anadan olmağınızın 50 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.
Siz bu yubileyi gücünüzün aşıb-daşdığı bir dövrdə qarşılayırsınız, Sizin rəhbərlik etdiyiniz dövlət isə indi iqtisadi və mədəni yüksəliş dövrü yaşayır.
Siz uzun illər boyu Azərbaycan Respublikasına rəhbərlik etməklə öz həmvətənlərinizin məhəbbətini və dünya birliyində hörmət qazanmısınız. Sizin ölkənin pravoslav sakinlərinin ehtiyac və çətinliklərinə göstərdiyiniz qayğıya, Bakı yeparxiyası ilə faydalı əməkdaşlığa görə Sizə xüsusi təşəkkür edirəm.
Bu da fərəhlə qeyd edilməlidir ki, Azərbaycanın müsəlman icması dinlərarası dialoq kimi mühüm sahədə Rus Pravoslav Kilsəsinin ənənəvi tərəfdaşıdır. Sizə ruhani və cismani möhkəmlik, Sizin xalqınıza çox faydalı, məsuliyyətli xidmətinizdə Tanrıdan kömək diləyirəm. Ulu Tanrı Sizə və ailənizə yar olsun.
Dərin hörmətlə,{nl}

Kirill Moskvanın və Bütün Rusiyanın Patriarxı

{nl}

Cənab Prezident, əziz İlham.
Mən 50 illik yubileyiniz münasibətilə Sizə şəxsi səadət arzularımı çatdırıram. Bu arzuları, eyni zamanda, Sizin həyat yoldaşınıza və mənim oktyabrın 7-də Bakıya rəsmi səfərim zamanı qonaqpərvərliyindən və işgüzarlığından məmnun qaldığım Azərbaycan xalqına da aid edirəm.
Sizin və xanım Əliyevanın məni qarşılamağınızdan ən gözəl xatirələrim qalıb. Bizim aramızda olan şəxsi münasibətlər Azərbaycan və Fransa arasında qurmaq istədiyimiz xüsusi əlaqələr üçün çox qiymətli amildir. Biz regional stabillik, Avropanın enerji sahəsində gələcəyi, cəmiyyətdə dinlərin tutduğu yer və əlbəttə ki, sülh yolu ilə həll edilməsi hər iki tərəf üçün çox əhəmiyyətli olan və Fransanın da tamamilə bu prosesə qatıldığı Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi apardıq. Biz bütün bu mövzular üzrə ümumi razılıq əldə etdik və mən istərdim ki, bu mövzular bizim ölkələr arasında strateji əməkdaşlıq haqqında razılaşma üçün müzakirələrin başlanğıcı olsun və bu proses bizim diplomatlar tərəfindən davam etdirilsin.
Sizin diplomatiyanızın uğuru olan və bu münasibətlə Sizi təbrik etdiyim Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasında növbəti iki il ərzində yer alması faktı çoxşaxəli siyasətin bütün mövzuları üzrə bizim aramızda əlaqələrin çoxsahəli və intensiv olması imkanı yaratmalıdır. Sizi inandırıram ki, Fransa tam səmimi olaraq hər dəfə münasib bildiyiniz zaman Sizinlə öz təcrübəsini paylaşmaq üçün əlindən gələni edəcəkdir.
Bakıda tikiləcək fransız liseyinin ilk təməl daşını qoymaqla, biz rəmzi olaraq Fransa-Azərbaycan ikitərəfli münasibətlərini möhkəm bünövrə üzərində qurduq və buna görə Sizə təşəkkür edirəm.
Cənab Prezident, əziz İlham, yubileyinizin Sizin və yaxınlarınız üçün ailə səadəti, ölkəniz üçün isə uğur və çiçəklənmənin sinonimi olmasını arzulayaraq, Sizə ən dərin dostluq hörmətimi bildirirəm.
Nikola SARKOZİ Fransa Respublikasının Prezidenti

{nl}

Hörmətli İlham Heydər oğlu!
Sizi 50 illiyiniz münasibətilə ürəkdən təbrik edirəm.
Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikası uğurlu inkişafını davam etdirir, ölkə həyatının bütün sahələrində yüksək nailiyyətlər nümayiş etdirir, beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirir.
Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına Sizin şəxsi töhfənizi yüksək qiymətləndirərək, əminəm ki, Siz qarşılıqlı fəaliyyətin bütün sahələrində bundan sonra da Ukrayna-Azərbaycan əməkdaşlığının dərinləşməsinin səmimi tərəfdarı olaraq qalacaqsınız. Əminəm ki, qarşılıqlı anlaşma, mehriban qonşuluq və konstruktiv dialoq ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinin dəyişməz tərkib hissəsi olacaqdır.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və ölkənizin rifahı naminə yeni nailiyyətlər, dost Azərbaycan xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
Viktor YANUKOVİÇ Ukraynanın Prezidenti

{nl}

Hörmətli İlham Heydər oğlu!
Sizin 50 illik yubileyiniz münasibətilə ən hərarətli və səmimi təbriklərimi qəbul edin.
Siz Azərbaycanın ümummilli lideri Heydər Əliyevin işini layiqincə davam etdirərək Vətənə yorulmadan xidmət etmək nümunəsinə çevrilmisiniz. Sizin bilikləriniz, möhkəm iradəniz və siyasi müdrikliyiniz sayəsində iqtisadi cəhətdən güclü və mütərəqqi Azərbaycan Respublikası bu gün gələcəyə inamla baxır, beynəlxalq münasibətlərin nüfuzlu iştirakçısıdır. Belarus-Azərbaycan dialoqunun inkişafına Sizin şəxsi töhfənizi və bizim aramızda yaranmış, etimada əsaslanan münasibətləri yüksək qiymətləndirirəm, bunlar olmadan həqiqi tərəfdaşlıq mümkün deyildir.
Əminəm ki, səmərəli Belarus-Azərbaycan əməkdaşlığı bundan sonra da dostluq və qarşılıqlı anlaşma əsasında inkişaf edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, tükənməz enerji və məsul vəzifənizdə uğurlar arzulayıram.
Hörmətlə,
Aleksandr LUKAŞENKO Belarus Respublikasının Prezidenti

{nl}

Hörmətli cənab Prezident!
Anadan olmağınızın əlli illiyi münasibətilə səmimi təbriklərimi lütfən qəbul edin. Sizə və ailənizə böyük xoşbəxtlik, qüvvət və möhkəm cansağlığı arzulayıram. Azərbaycanı sülh, rifah və təhlükəsizlik yolu ilə irəli aparmaqda Sizə böyük uğurlar diləyirəm.
Bu ilin may ayında Azərbaycana səfərimi və apardığımız səmimi söhbəti böyük ehtiramla xatırlayaraq, qəti şəkildə ümidvar olduğumu bildirmək istəyirəm ki, ikitərəfli əməkdaşlıq dövlətlərimizin rifahı naminə davam edəcək, ölkələrimizin, eləcə də xalqlarımızın firavanlığına və təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verəcəkdir. Mən, həmçinin Litva ilə Azərbaycan arasında münasibətlərin genişləndirilməsinə yetirdiyiniz şəxsi diqqətə və verdiyiniz dəstəyə görə minnətdaram. Bu dəstək olmadan qazandığımız böyük nəticələrin əldə edilməsi çox çətin olardı.
Yaxşı bilirəm ki, Litva ilə Azərbaycanın işgüzar dairələrinin, alimlərinin və ictimai xadimlərinin ikitərəfli təmasların daha da inkişaf etdirilməsi ilə bağlı bir çox maraqlı ideyaları vardır. Ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni dialoqun təşviq edilməsini arzulayaraq, fürsətdən istifadə edib, Sizi lütfən Litvaya səfərə dəvət edirəm.
Ad gününüz münasibətilə Sizi bir daha təbrik edir və Yeni il münasibətilə ən xoş arzularımı çatdırıram.
Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Dalya QRİBAUSKAYTE Litva Respublikasının Prezidenti

{nl}

Hörmətli İlham Heydər oğlu!
Sizin 50 illiyiniz münasibətilə ən hərarətli və səmimi təbriklərimi qəbul edin!
Ölkənizin 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Sizin rəhbərliyiniz altında həyata keçirilən siyasi və iqtisadi dəyişikliklərin uğurlu olmasının, Azərbaycanın beynəlxalq nüfuzunun artmasının təsdiqi olmuşdur.
Biz xalqlarımız arasında tarixi dostluq və əməkdaşlıq tellərini yüksək qiymətləndirir, prioritet sahələrdə Qırğızıstan-Azərbaycan münasibətlərinin dərinləşməsinə böyük əhəmiyyət veririk.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, tükənməz enerji və dost Azərbaycan xalqının firavanlığı və tərəqqisi naminə dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Almazbek ATAMBAYEV Qırğız Respublikasının Prezidenti

{nl}

Hörmətli cənab Prezident!
Yubileyiniz münasibətilə mənim ən səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Fürsətdən istifadə edib qeyd etmək istərdim ki, Azərbaycan Respublikası Sizin rəhbərliyiniz altında dövlətçiliyin möhkəmlənməsi, daxili islahatların səmərəli həyata keçirilməsi, xarici siyasi məqsədlərin müvəffəqiyyətlə reallaşdırılması yolunda sanballı uğurlar nümayiş etdirir.
Ölkələrimiz arasında əməkdaşlığın böyük potensiala malik olduğuna əminliyimi ifadə edərək, Moldova tərəfinin Azərbaycan Respublikası ilə dialoqu ikitərəfli gündəliyin bütün spektri üzrə, Moldova-Azərbaycan münasibətlərinə xas olan dostluq və qarşılıqlı anlaşma ruhunda fəallaşdırmağa və bundan sonra da möhkəmləndirməyə hazır olduğunu vurğulamaq istəyirəm.
Zati-aliləri, icazə verin, Sizə möhkəm cansağlığı, uzun ömür, uğurlar və furavanlıq arzulayım.
Hörmətlə,
Vladimir FİLAT Moldova Respublikasının Baş naziri

{nl}

Hörmətli İlham Heydər oğlu!
Sizi anadan olmağınızın 50 illiyi münasibətilə Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm! Federasiya Şurasında Sizin Azərbaycan Respublikasının Prezidenti vəzifəsində fəaliyyətinizi yüksək qiymətləndirir və Azərbaycanın iqtisadiyyatda, mədəniyyətdə, ölkənin ictimai həyatında və dünya məkanında mövqelərinin möhkəmlənməsində sanballı nailiyyətlərini böyük məmnuniyyətlə qeyd edirlər.
Dost və konstruktiv Rusiya-Azərbaycan dialoqunun, onun ayrılmaz tərkib hissəsi olan Federasiya Şurası və Azərbaycan Milli Məclisi arasında əməkdaşlığın davam etdirilməsinə əminliyimi ifadə edirəm.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə gələcək uğurlar arzulayıram. Hörmətlə,
Valentina MATVİYENKO Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında