Çexiya Respublikasının Prezidenti zati-aliləri cənab Vatslav Klausa

Hörmətli cənab Prezident !
Ölkənizin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan-Çexiya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Bu ilin may ayında ölkəmizə səfəriniz dövlətlərarası münasibətlərimizin möhkəmlənməsinə, dostluq və əməkdaşlıq əlaqələrimizin genişlənməsinə yeni təkan vermişdir.
Əminəm ki, istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çexiya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.

{nl}

Hörmətlə,
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı, 17 oktyabr 2011-ci il

{nl}



© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında