Almaniya Federativ Respublikasının Prezidenti zati-aliləri cənab Kristian Vulfa

Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı - Alman Birliyi Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu gün Azərbaycan-Almaniya münasibətləri hərtərəfli inkişaf yolundadır. Ölkələrimizi və xalqlarımızı birləşdirən möhkəm dostluq əlaqələri siyasi dialoqumuzun davam etdirilməsi, iqtisadi və humanitar müstəvidə əməkdaşlığımızın dərinləşdirilməsi üçün münbit zəmindir.
Əminəm ki, istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində qarşılıqlı işimiz və birgə fəaliyyətimiz bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Almaniya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.

{nl}

Hörmətlə,
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı, 22 sentyabr 2011-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında