Ukraynanın Prezidenti zati-aliləri cənab Viktor Yanukoviçə

Hörmətli Viktor Fyodoroviç!
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün Ukrayna xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Bu gün dost Ukrayna hərtərəfli inkişaf yolu ilə irəliləyərək dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin iqtisadi qüdrətinin artırılması və beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi istiqamətində ardıcıl addımlar atmaqdadır.
Əminəm ki, xalqlarımız arasındakı ənənəvi dostluq, qarşılıqlı inam və etimad münasibətlərindən qaynaqlanan Azərbaycan - Ukrayna tərəfdaşlığını, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində fəal əməkdaşlığımızı müvəffəqiyyətlə davam etdirmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Ukrayna xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

{nl}

Hörmətlə, 
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı, 8 avqust 2011-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında