Fransa Respublikasının Prezidenti zati-aliləri cənab Emmanuel Makrona

Hörmətli cənab Prezident!
Fransa Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. 
Azərbaycan-Fransa əlaqələri zəngin ənənələrə malikdir. Biz bu ənənələrin qorunub saxlanmasına, dostluq münasibətlərimizin daha da möhkəmləndirilməsinə, əməkdaşlığımızın davamlı və hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. 
Siyasi, iqtisadi, mədəni əlaqələrimiz özünün dinamik inkişafı və əhatə genişliyi ilə səciyyələnir. Qarşılıqlı maraq kəsb edən bütün sahələrdə birgə səmərəli işimiz xüsusən məmnunluq doğurur.
Eyni zamanda, qarşılaşdığımız ən ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik. Biz Ermənistan tərəfindən torpaqlarımızın işğalına son qoyulmasını, münaqişənin beynəlxalq hüquq normalarına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə və ədalətli həllini səbirsizliklə gözləyirik. 
Bu əlamətdar gündə bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Fransa xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.    
Hörmətlə, 
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 iyul 2018-ci il

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında