Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!
Xalqınızın milli bayramı – Respublika Günü münasibətilə zati-alinizə Portuqaliya xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyur, Sizə xoşbəxtlik, Azərbaycan xalqına tərəqqi və rifah arzulayıram.
Azərbaycan üçün bu əlamətdar gündə ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərini dərinləşdirmək, hər iki ölkənin siyasi, mədəni və iqtisadi sahələrdə mövcud potensialından xalqlarımızın mənafeyi naminə tam istifadə etmək əzmində olduğumu bildirmək istəyirəm.
Cənab Prezident, Sizi bir daha səmimi qəlbdən təbrik edir, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm. 
Hörmətlə, 
Marselo Rebelo de SOUZA 
Portuqaliya Respublikasının Prezidenti

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında