Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!
Azərbaycan Respublikasının müstəqilliyinin elan edilməsinin 100 illiyi, milli bayramınız - Respublika Günü münasibətilə Sizə, Birinci vitse-prezidentə və Azərbaycan xalqına Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri 
adından salamlarımızı və təbriklərimizi çatdırmaqdan məmnunluq duyuruq. 
Biz Azərbaycan xalqını son 26 ildə əldə edilən möhtəşəm tərəqqi, Bakının böyük metropolisə çevrilməsi, eləcə də ölkənin bütün çətinliklərə və maneələrə baxmayaraq, sürətlə inkişaf etməsi münasibətilə təbrik edirik. 
Ölkənizə bundan sonra da tərəqqi, sülh və inkişaf yolunda uğurla irəliləməyi arzulayırıq.
Zati-aliləri, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılması, inkişafı və beynəlxalq səviyyədə tanınması istiqamətində göstərdiyiniz dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Xahiş edirik, Sizə olan yüksək ehtiramımızı və davamlı konstruktiv əməkdaşlıq üçün ən xoş arzularımızı qəbul edin.
Hörmətlə,
Vayra Vike-Freyberqa 
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 
1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti, 
İsmail Seragəldin  
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,  1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti, 
 Boris Tadiç  
2004-2012-ci illərdə Serbiyanın Prezidenti, 
Tarya Halonen 
2000-2012-ci illərdə Finlandiyanın Prezidenti,
 İvo Yosipoviç  
2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti,
 Petar Stoyanov
 1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti, 
Əmr Musa  
2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının baş katibi, 
Emil Konstantinesku 
1996-2000-ci illərdə Rumıniyanın Prezidenti, 
Rosen Plevneliyev 
2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti, 
Eka Tkeşelaşvili 
 2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini, 
Zlatko Laqumdziya 
 2001-2002-ci illərdə Bosniya və Herseqovinanın  Baş naziri,
 Katerina Yuşşenko  
2005-2010-cu illərdə Ukraynanın birinci xanımı, Marianna Vardinoyannis  
UNESCO-nun xoşməramlı səfiri

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında