Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Əziz İlham Heydər oğlu!
Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 100 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin. 
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması təkcə Azərbaycan xalqı üçün deyil, bütün qitə üçün böyük tarixi hadisə olub. 
Baş verənlərin bütün dramatizminə baxmayaraq, Azərbaycan xalqı öz gələcəyi üçün məsuliyyəti cəsarətlə və qətiyyətlə üzərinə götürdü.
Məhz həmin dövrdə Kiyev və Bakı Ukrayna-Azərbaycan dövlətlərarası münasibətlərinin əsasını qoyublar. Ukrayna və Azərbaycan xalqları illər boyu dostluq və əməkdaşlıq edib, indiki nəsillər bu xeyirxah ənənəni davam etdirirlər. 
Azərbaycan Xalq Cümhuriyyəti müasir Azərbaycanın müjdəçisi və təməli olub. 1991-ci ildə öz müstəqilliyini bərpa edən Azərbaycan indi uğurlu, güclü və firavan dövlətdir.
Azərbaycanın inkişafına Sizin şəxsi töhfənizi xüsusi qeyd etmək istəyirəm. İqtisadiyyatın artımı, vətəndaş həmrəyliyi, beynəlxalq arenada ölkənizin nüfuzu – bütün bunlar müdrik və ardıcıl milli lider kimi Sizin siyasətinizin nəticəsidir. 
İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm.
Hörmətlə,
Leonid Kuçma  1994-2005-ci illərdə  Ukraynanın Prezidenti

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında