Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Xalqınızın milli bayramı və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Misir parlamentinin dostluq qrupunun üzvləri adından və şəxsən öz adımdan Sizə səmimi qəlbdən təbriklərimi çatdırmaqdan məmnunluq duyuruq. Qardaş Azərbaycan xalqının istək və arzularını həyata keçirmək yolunda Sizə cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər arzu edirik.

Cənab Prezident, Sizin dost Azərbaycan Respublikasına rəhbərlik etdiyiniz dövrdə uğurlu islahatların, həmçinin ölkənizdə və beynəlxalq müstəvidə səylərinizin Azərbaycanın beynəlxalq mövqeyini, birlik və müstəqilliyini gücləndirməsinin şahidiyik. Sizin Azərbaycanın milli, mədəni və dini plüralizm dəyərlərinə göstərdiyiniz ehtiram nəticəsində Azərbaycan regionda və dünyada dinlər və sivilizasiyalararası dialoqun əsas mərkəzlərindən birinə çevrilmişdir.

Qardaş Azərbaycan xalqının mənafeyi naminə ölkənizin daha da inkişafı və tərəqqisi üçün Allahdan Sizə uğurlar diləyir, qardaş ölkənizə davamlı əmin-amanlıq və sülh arzumuzu çatdırırıq.  

Misir və Azərbaycan parlamentləri arasında ikitərəfli əlaqələrin bütün sahələrdə daha da genişlənməsi üçün Allahın bizə yardımçı olmasını diləyirik.

Nəcib şəxsinizə olan iftixar və hörmətimizi ifadə edərək, hər iki dövlətin müdrik rəhbərlərinin dövründə qardaş ölkələrimizə inkişaf və rifah arzulayırıq.

Professor Dr.Üsəmə əl-Abd
Misir Ərəb Respublikası Nümayəndələr Palatasının Din və Vəqflər İşləri Komitəsinin sədri,
Misir-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında