Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

Qaqauz Yeri Muxtar Ərazi Qurumunun İcra Komitəsi adından Sizə dərin hörmət və ehtiramımı çatdırıram.

Çox hörmətli cənab Prezident, Qaqauz Yeri Muxtar Ərazisinin rəhbərliyi və əhalisi adından Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Bu şanlı və önəmli tarix Azərbaycan xalqının yaddaşında ən parlaq və mühüm günlərdən biri kimi daim qalacaqdır.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması çoxmillətli Azərbaycan xalqının vahidliyinin, onun azadlıq və ədalətə inamının rəmzi olmuşdur.

Bu gün Azərbaycan Respublikası özünəməxsus nadir tarixi və qeyri-adi mədəni irsi olan müstəqil ölkədir. O, nəinki özünün təkrarolunmaz və əvəzsiz gözəlliyi və torpağı ilə, eləcə də müsəlman Şərqində ilk demokratik dövlət olması ilə də seçilir.

Səmimi qəlbdən Sizə və Azərbaycan Respublikasının bütün sakinlərinə möhkəm cansağlığı, sabitlik və əmin-amanlıq, gələcəyə inam arzu edirəm.

Qoy Azərbaycanın gözəl torpağında hər zaman sülh və rifah, birlik və qarşılıqlı anlaşma hökm sürsün! Bu bayram Azərbaycanın hər bir sakininin qəlbini vəhdət, dostluq, zəngin və demokratik ailəyə mənsubluq qüruru ilə doldursun!

Cənab Prezident, fürsətdən istifadə edərək, bir daha Sizə öz dərin izzət və ehtiramımı ifadə edirəm.

Ən dərin hörmət və xoş arzularla,

İrina Vlax
Moldova Respublikasının Qaqauz Yeri Muxtar Ərazi Qurumunun Başçısı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında