Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident!

Azərbaycanın milli bayramı münasibətilə Sizə və Azərbaycan xalqına səadət və firavanlıq diləməkdən və səmimi arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Azərbaycanın 1918-ci ildə bəyan edilmiş və 1991-ci ildə bərpa olunmuş müstəqilliyinin yüz illiyini qeyd etdiyi bir vaxtda, sabit, müasir və çiçəklənən belə bir dövlət qurmaq üçün adətən çətin keçilən yol mənə bəllidir.

Ölkələrimiz arasında bütün sahələrdə əlaqələri möhkəmləndirməkdə qətiyyətli olduğuma Sizi əmin etmək istərdim. Azərbaycan gələcək çağırışların həllində və Avropa İttifaqı ilə yaxınlaşmanın davam etdirilməsində daim Fransanın dəstəyinə arxalana bilər.

Eyni zamanda, icazə verin, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə, ədalətli və dayanıqlı həlli yolunun nəhayət tapılması üçün Minsk qrupunun həmsədri kimi Fransanın bütün səylərini əsirgəməyəcəyini bir daha vurğulayım.

Cənab Prezident, iyul ayının sonunda Sizinlə Parisdə görüşmək ümidindəyəm. Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Emmanuel Makron
Fransa Respublikasının Prezidenti

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında