Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Azərbaycanda bu yubiley ilində xüsusilə geniş miqyasda qeyd edilən milli bayramınız – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin ölkəniz iqtisadi, sosial, elmi-texniki, humanitar və digər sahələrdə sanballı uğurlar qazanıb. Azərbaycan Respublikasının beynəlxalq aləmdə çox böyük nüfuzu var.

Rusiya–Azərbaycan münasibətlərinin yüksək səviyyəsini məmnuniyyətlə qeyd edirəm. Dövlətlərimiz müxtəlif istiqamətlərdə səmərəli əməkdaşlıq edir, regional və qlobal gündəlikdə olan mühüm məsələlərin həllində fəal qarşılıqlı əlaqə saxlayırlar.

Əminəm ki, ölkələrimizin dost xalqlarının rifahı, beynəlxalq sabitliyin və təhlükəsizliyin təmin edilməsi naminə Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığı bundan sonra da hər vasitə ilə möhkəmləndirəcəyik.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və uğurlar, bütün həmvətənlərinizə əmin-amanlıq və firavanlıq arzu edirəm.

Hörmətlə,

Vladimir Putin
Rusiya Federasiyasının Prezidenti

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında