Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Ötən illər ərzində Sizinlə və hökumətinizlə işləmək mənim üçün şərəfli olmuşdur. Dünya Bankı 2030-cu ilədək olan dövrü əhatə edən Azərbaycan Strateji Yol Xəritəsinin icrasını dəstəkləmək əzmindədir. Biz bütün Azərbaycan vətəndaşlarının faydalanacağı siyasi proqramların və investisiya layihələrinin hazırlanmasında və həyata keçirilməsində hökumətə yardım etmək üçün qlobal təcrübəmizi bölüşməyə hazırıq.

Azərbaycan son on ildə yoxsulluğun azaldılması sahəsində heyrətamiz nəticələrə nail olmuş, sürətli inkişaf yolu keçmişdir. Bu inkişaf sayəsində Azərbaycan digər ortagəlirli ölkələr sırasına qoşulmuşdur. Mən, həmçinin milli iqtisadiyyatın şaxələndirilməsi və ölkənin neft-qaz sənayesindən asılılığının azaldılması, özəl sektorun aparıcı rol oynadığı yeni iqtisadi artım modelinə keçilməsi məqsədilə Azərbaycan iqtisadiyyatının qlobal dəyərlər zəncirinə inteqrasiyasına yardım edəcək hərtərəfli islahatların aparılmasında göstərdiyiniz qətiyyəti təqdir edirəm. Ölkənizin zəngin təbii sərvətlərini və insan kapitalını nəzərə alaraq əminliklə deyə bilərəm ki, Azərbaycanın gələcəkdə inkişafla bağlı bundan da gözəl nəticələr əldə etmək imkanı vardır.

Zati-aliləri, Prezidentliyinizin yeni dönəmində Sizə uğurlar diləyirəm. Əminəm ki, əməkdaşlığımız bundan sonra da davam edəcək.

Səmimiyyətlə,

Siril Müller
Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə vitse-prezidenti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında