Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu!

Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik.

Azərbaycan xalqı bir daha həm özü, həm də Vətən üçün düzgün seçim etdi. Sizin yenidən bu vəzifəyə seçilməyiniz bizim və övladlarımızın sabit və firavan gələcəyinə təminat verir.

Hörmətli Prezident, Dağlıq Qarabağ münaqişəsində irəliləyişlər, ölkənin əlverişli maliyyə vəziyyəti, dünya arenasında Azərbaycanın imici, xalqımızın firavanlığı və daha neçə-neçə üstünlüklər – bütün bunlar xalqımızın ümummilli lideri Heydər Əliyevin və  Sizin gərgin və fədakar əməyinizin nəticəsidir. Azərbaycan və onun xalqı üçün qazandığınız bütün bu uğurlara görə Sizə çox minnətdarıq.

Azərbaycanın Cənubi Afrikadakı dostları Sizi yenidən Prezident seçilməyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə və ailənizə uzun ömür və uğurlar arzulayırlar.

Hörmətlə,

Cəmil Məmmədəlizadə
“Azərbaycanın Cənubi Afrikadakı dostları” qeyri-hökumət təşkilatının sədri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında