Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Beynəlxalq Miqrasiya Təşkilatı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik etməyi özümə şərəf bilir və bundan məmnunluq duyuram.

Miqrasiya XXI əsrin qlobal gündəliyində əsas məsələlərdən biri kimi yer alıb və ölkənizdə bu məsələyə xüsusi diqqət yetirilir. Beynəlxalq Miqrasiya Təşkilatı 1996-cı ildən etibarən Azərbaycan Respublikasında fəaliyyət göstərir və miqrasiya ilə bağlı məsələlərin  həllində hökumətinizə yardım edir.

Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən miqrasiyanın fərdlər, icmalar və ümumiyyətlə cəmiyyət üçün yaratdığı imkanların daha yaxşı tənzimlənməsi istiqamətində hökumətinizlə Bakıda, Cenevrədə və digər yerlərdə müzakirələri davam etdirmək niyyətindəyik.

Səmimi qəlbdən inanıram ki, Azərbaycan Respublikası ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq möhkəmlənməkdə və dərinləşməkdə davam edəcək və ölkənizin gələcək inkişafına öz töhfəsini verəcəkdir.

Zati-aliləri, prezidentliyinizin yeni dönəmində Sizə böyük uğurlar diləyir və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Uilyam LEYSİ SVİNQ
Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında