Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Dost Azərbaycan Respublikasında keçirilən prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, xalqınızın rifahı naminə fəaliyyətinizdə Sizə uğurlar diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək Küveyt Dövləti ilə Azərbaycan Respublikasını bir-birinə bağlayan tarixi əlaqələrdən məmnunluğumuzu bildirir və birgə səylərimizlə bu əlaqələri dost ölkələrimizin mənafeyi naminə daha da möhkəmləndirmək və inkişaf etdirmək əzmində olduğumuzu bir daha vurğulayırıq.

Zati-alinizə möhkəm cansağlığı və uğurlar, dost Azərbaycan Respublikasına davamlı inkişaf və əmin-amanlıq arzulayıram.

Cənab Prezident, xahiş edirəm Sizə böyük hörmət və ehtiramımı qəbul edin.

Hörmətlə,

Cabir əl-Mübarək
ƏL-HƏMƏD ƏL-SABAH
Küveyt Dövlətinin Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında