Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu!

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kollektivi adından təbrik edim.

Prezident seçkilərində son dərəcə inamlı qələbəniz Sizin həm Azərbaycan xalqı arasında, həm də beynəlxalq aləmdə böyük hörmət qazanmış dövlət xadimi və siyasətçi kimi yüksək nüfuzunuzu təsdiqləyir. Əminəm ki, Sizin yaratdığınız quruculuq potensialı əvvəllər əldə edilmiş nəticələri yeni mərhələdə daha da artırmağa, Sizə etibar edilmiş dövlətin gələcək siyasi və sosial-iqtisadi inkişafı yolunda genişmiqyaslı layihələri həyata keçirməyə imkan verəcək.

Səmimi qəlbdən ümidvar olduğumu bildirirəm ki, Azərbaycan Respublikası ilə Moskva Dövlət Universiteti arasında sıx münasibətlər qorunub saxlanılacaq və möhkəmlənəcək. MDU-nun Bakı şəhərindəki filialı özünün bütün fəaliyyəti dövründə elmin və təhsilin, dövlətlərimiz arasında sülhün və harmoniyanın inkişafına xidmət edəcək.

Möhtərəm İlham Heydər oğlu, Sizə cansağlığı və məsul vəzifənizdə uğurlar, Azərbaycan Respublikasının xalqına əmin-amanlıq və firavanlıq arzu edirəm.

Hörmətlə,

Viktor Sadovniçi
M.V.Lomonosov adına Moskva Dövlət
 Universitetinin rektoru, akademik

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında