Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident!

Azərbaycan xalqının inamını qazanaraq yenidən prezident seçilməyiniz münasibətilə Misir-Azərbaycan qardaşlıq Assosiasiyasının üzvləri Zati-alinizə səmimi təbriklərini çatdırmaqdan xoşbəxtlik duyur.

Bizi o da sevindirir ki, Sizin seçkilərdə qələbəniz Misirdə Prezident Əbdül-Fəttah əs-Sisinin yeni prezidentlik müddətinə seçilməsi ilə eyni vaxta təsadüf etmişdir. Misir xalqı tam əmindir ki, Zati-aliniz Misir və Azərbaycan xalqları arasındakı qardaşlıq və dostluq münasibətlərinin daha da dərinləşməsi üçün çalışacaq.

Assosiasiyanın üzvləri Qarabağda qardaş Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün göstərdiyiniz yorulmaz səylərinizi dəstəkləyir və hesab edirlər ki, məhz bu səylər Qafqazda sülhə aparan yolu özündə təcəssüm etdirir.

Paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin Dövlətinin qurulması yolunda Fələstin xalqının hüquqlarını dəstəkləməyiniz uğrunda mübarizə apardığınız prinsipial mövqelərinizin daha bir təsdiqidir.

Zati-aliləri,

Biz Misirdə terrora qarşı rəşadət və şərəflə mübarizə aparırıq. Tarixin Misir üçün yazısı bu olmuşdur ki, beynəlxalq terrora sinə gərsin və onu məğlub etsin.

Hörmətli Prezident, Assosiasiya üzvləri Azərbaycan xalqının Sizi yenidən Prezident seçməsini sevinclə qeyd edir və təsdiqləyirlər ki, müştərək tale, ədalət, qanuna söykənən hüquqlar, birgə əməkdaşlıq üzərində qurulmuş və sülhün hökm sürəcəyi dünya uğrunda mübarizə xalqlarımızı bir-birinə daha sıx birləşdirir.

Cənab Prezident,

Sizi səmimi qəlbdən təbrik edir, daim müvəffəqiyyət arzulayırıq. Allah yolunuzu Mübarək etsin, Rəbbimiz Sizi qorusun. Sizə və qardaş Azərbaycan xalqına xoşbəxtlik diləyirik.

Ali ehtiramımızı qəbul etməyinizi xahiş edirik.

Doktor Əbdür-Rəhman Əli Saad
Cəmiyyətin İnkişafı Naminə
Misir-Azərbaycan Qardaşlıq Assosiasiyasının
baş katibi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında