Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Zati-alinizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyi münasibətilə Sizə ən səmimi təbriklərimi yetirməkdən xoşbəxtlik duyuram.

Şərq və Qərbin qədim mədəniyyətlərinin qovuşduğu gözəllik təcəssümü olan Bakı şəhərində “İslam Həmrəyliyi ili”nin yekunlarına həsr olunmuş konfransda iştirakımdan bəri Sizin qələbənizə inanırdım.

Sizin əzəmətli ölkənizdə seyr etdiyim tərəqqi və əmin-amanlıq məni heyran qoydu.

Sizin rəhbərliyiniz dövründə Azərbaycan xalqının Zati-alinizə qarşı duyduğu sevgi və bağlılığın yüksək dərəcədə olduğunu görməmək müm­kün deyil.

Bu gözəl imkandan istifadə edərək, Zati-aliniz qarşısında, xalqlarımız arasındakı qardaşlıq tellərinin və ikitərəfli əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, iki qardaş ölkələrimiz arasında­kı doğma münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edəcək bütün səylərin davam etdiriləcəyini bir daha təsdiqləyirəm.

“İslam Həmrəyliyi ili” ilə bağlı yekun konfrans zamanı Zati-alinizlə olan görüşümü heç vaxt unutmayaca­ğam, Azərbaycan xalqının göstərdiyi xüsusi qonaqpərvərlik, nümayiş etdir­diyi nəcabət və gözəl ev sahibliyi heç zaman yaddaşımdan silinməyəcək.

Xalqlarımız, ölkələrimiz və xüsusən də parlamentlərimiz ara­sındakı münasibətlərin daha da möhkəmlənməsi üçün var qüvvəmlə çalışacağam.

Ulu və Qadir Allahımızdan Zati-alinizə və Azərbaycan xalqına daha çox tərəqqi və rifah diləyir, qardaş ölkənizə təhlükəsizlik, sabitlik və sülh arzula­yıram.

Professor Dr.Üsəmə əl-Abd
Misir Ərəb Respublikası Nümayəndələr
Palatasının Din və
Vəqflər İşləri Komitəsinin sədri,
Misir-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında