Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri hörmətli cənab Prezident!

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Qırğız Respublikasındakı inquş diasporu adından səmimi qəlbdən təbrik edirəm.

Sizin qələbəniz şəxsən Zati-alinizə və dövlətin fəaliyyətinin bütün sahələrinin hərtərəfli inkişafı və möhkəmlənməsi, beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin güclənməsi, regional və qlobal təhlükəsizliyin təmin edilməsi üçün həyata keçirdiyiniz siyasi xəttə ümumxalq etimadının parlaq təsdiqidir.

Əminəm ki, Qırğızıstanla Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin rifahı naminə tərəfdaşlıq ruhunda davam etdiriləcək. Yürütdüyünüz daxili və xarici siyasət əminlik yaradır ki, Sizə xas olan müdriklik və qətiyyət Azərbaycan xalqının rifahını daha da yax­şılaşdıracaq və onun başqa xalqlarla daim mehriban münasibətlərinin möhkəmlənməsinə kömək edəcək.

Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə müvəffəqiyyət, dost Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

Əlixan XAMXOYEV
Qırğızıstan Xalqları Assambleyası nəzdində inquş diasporunun sədri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında