Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi, ailənizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edək.

Son onilliklər ərzində Azərbaycan dinamik, dayanıqlı, da­vamlı inkişaf edib və möhkəmlənib. Əhalinin rifahı yaxşılaşıb, dövlət hakimiyyəti və idarəetmə sistemi möhkəmlənib, təhsil və səhiyyənin səviyyəsi yüksəlib. Dövlətin siyasi, ictimai, iqtisadi həyatının digər sahələrində böyük irəliləyişə nail olunub.

Qonşu və dost Azərbaycanın uğurlarını biz sevinc və iftixar hissi ilə izləyir, şəxsən Sizə və bütün dost Azərbaycan xalqı­na yeni-yeni uğurlar, firavanlıq və əmin-amanlıq arzulayırıq. Ölkənizin möhkəmlənməsində, müasir, güclü və nüfuzlu dövlətə çevrilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini yüksək dəyərləndirir və unutmu­ruq. Qafqaz regionunun inkişafına və ölkələrimizin dünya xəritəsində geosiyasi mövqe tutmasına Sizin ulu öndər Heydər Əliyevin verdiyi töhfələri minnətdarlıq və ehtiramla xatırlayırıq.

Hörmətli İlham Heydər oğlu, çox sağ olun ki, Siz öz xalqının və Vətəninin sədaqətli oğlu olan atanı­zın tarixi irsini ləyaqət və iftixarla davam və inkişaf etdirirsiniz.

Arzu edirik ki, Azərbaycan layiq olduğu sülhə, tərəqqiyə və dövlətin ərazi bütövlüyünün bərpasına nail olsun. Gürcüstan­la Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsinə bacardığımız qədər töhfə verməyə, ölkələrimizin iqtisadi potensialını möhkəmləndirməyə, Azərbaycanın getdikcə inkişaf edən iqtisadiyyatına investisiyalar cəlb etməyə və özü­müz investisiya qoymağa hər zaman hazır olduğumuzu bildiririk.

Biz Azərbaycanı daha qüdrətli, vahid və firavan görmək istəyirik. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan yeni-yeni uğurlar qaza­nacaq və gələcəyə inamla addımla­yan geniş real imkanları olan ölkə kimi qalacaq.

Ən xoş arzularla və dərin hörmətlə,

David BEJUAŞVILI
Gürcüstanın “Georgian Industrial Group” Şirkəti Direktorlar Şurasının sədri

Gela BEJUAŞVILI
“Georgian Industrial Group” Şirkəti Direktorlar Şurasının üzvü

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında