Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Aprelin 11-də keçirilmiş prezident seçkilərində Azərbaycan xalqı öz gələcəyinə səs verdi. Bu münasibətlə “Paris Azərbaycan Evi” Sizə və Sizin şəxsinizdə Azərbaycan xalqına və hökumətinə səmimi təbriklərini çatdırır.

Azərbaycan xalqı respublikada gedən sürətli inkişafı və əldə olunan uğurları yüksək qiymətləndirdi. Seçkilərdəki inamlı qələbəniz xalqın Sizə bəslədiyi dərin etimad və yüksək nüfuzunuzun danılmaz etirafı, eləcə də xalqın rifahının daha da yaxşılaşmasına, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə yönəlmiş fəaliyyətinizə verilən layiqli qiymətdir.

Əminik ki, regionda sabitliyin qorunması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın dövlət quruculuğu və rifahı naminə səylərinizi əsirgəməyəcək, sosial-iqtisadi inkişaf, elm və mədəniyyət sahələrində yeni-yeni nailiyyətlər əldə edəcəksiniz.

Cənab Prezident, Sizə ali dövləti vəzifənizin yerinə yetirilməsində uğurlar arzulayır, yüksək hörmət və ehtiramımızı qəbul etməyinizi xahiş edirik.

Hörmətlə,

Mirvari FƏTƏLİYEVA
“Paris Azərbaycan Evi”nin sədri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında