Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli və dəyərli Prezidentimiz!

Azərbaycan Respublikasının Prezidenti seçkilərində qazandığınız möhtəşəm qələbə münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Mübaliğəsiz deyə bilərəm ki, 2018-ci il aprel ayının 11-i həyatımın ən xoşbəxt günlərindən biri oldu. Prezident seçkilərində azərbaycanlıların və respublikamızda yaşayan digər millətlərdən olan vətəndaşların etimadı nəticəsində Sizə verilmiş fantastik səs faizi (86,02) tamamilə nadir bir haldır. Mən digər ölkələrdəki prezident seçkiləri prosesində xalqın belə yekdilliyini görmədim.

Keçirilmiş seçkilərin yekunu fenomenal oldu: Azərbaycan xalqı ötən üç dönəm – 15 il ərzində görkəmli siyasi xadim kimi məhz Sizi bu ali vəzifəyə yenidən layiq görüb. Hər kəsə aydın oldu ki, ölkəyə rəhbərlik etdiyiniz illər ərzində Siz dünya siyasətinin dahisi, ulu öndər Heydər Əliyevin qurduğu bünövrə üzərində tamamilə yeni, nadir, müasir və çoxşaxəli, modern iqtisadiyyatı olan müstəqil dövlət yaratmağa müvəffəq oldunuz. Ənənəvi neft və qaz sahəsindən əlavə, digər istehsal sahələrinə aid yeni zavod və fabriklər inşa edildi. Yüngül sənaye və kənd təsərrüfatı daha tutumlu oldu. Avtomobil və dəmir yollarının yüksək inkişaf səviyyəsi heyrətamizdir.

Azərbaycandan Türkiyəyə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin gerçəkləşdirilməsinin böyük əhəmiyyətini xüsusilə qeyd etmək lazımdır. Son layihənin həyata keçirilməsi bütün Avropanı heyran edib. Çünki bu layihə Cənubi Asiya regionu ölkələrini bütün Qərbi Avropa ilə birləşdirir. Lap bu yaxınlarda isə qonşu İran istiqamətində Astara-Rəşt dəmir yolunun tikintisinə başlanılmışdır ki, heç bunu ağlımızdan keçirə bilməzdik.

Mən hələ bizim möhtəşəm qaz layihəmiz TANAP-dan danışmıram: Bakıdan bizim qazın Avropa ölkələri üçün Gürcüstan, Türkiyə və Yunanıstan vasitəsilə İtaliyanın cənubuna nəqli Azərbaycan xəzinəsinə milyonlarla avro/dollar gətirəcəkdir. Heç şübhəsiz, milli uğurlar sırasında onu da qeyd etmək lazımdır ki, Siz ən güclü Azərbaycan Ordusunu yaratmısınız və bu Ordu erməni işğalçılarını bizim doğma torpaqlardan birdəfəlik çıxarmağa qadirdir. Bunu Sizdən savayı heç kim edə bilməzdi, əziz Prezidentimiz. Məhz bu səbəbdən Sizin yenidən dövlət başçısı seçilməyiniz daha 7 il müddətinə sabitliyin və inkişafın etibarlı təminatıdır. 

Hörmətli cənab Prezident, Vətəndən uzaqlarda yaşasam da Azərbaycanımızın inkişafını və Sizin çoxşaxəli fəaliyyətinizi daim izləyir və bundan qürur duyuram. Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

Dərin hörmətlə,

Arif  MİRZƏYEV
Azərbaycan Respublikasının Almaniyada yaşayan Əməkdar artisti,
bəstəkar və orqan ifaçısı, beynəlxalq müsabiqələr laureatı

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında