Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

Seçkilərdə parlaq qələbəniz münasibətilə Sizi  ürəkdən təbrik etmək istəyirəm.

Yeni müddətə Prezident seçilməyiniz mürəkkəb geosiyasi regionda Azərbaycan Respublikasının sabitliyini və inkişafını qoruyub saxlamağa müvəffəq olan etibarlı və təcrübəli dövlət başçısı kimi Sizə xalqın tam etimad bəslədiyini bir daha təsdiq etdi. Əminəm ki, Siz müstəqil Azərbaycanın inkişafı naminə səylərinizi davam etdirəcək, Sizə xas olan müdrikliyi, böyük məsuliyyət və əsl vətənpərvərlik hissini daim rəhbər tutacaqsınız.

Sizə - Azərbaycan dövlətinin istedadlı, praqmatik və təcrübəli liderinə ən səmimi hisslərimi, dərin hörmətimi və minnətdarlığımı bir daha ifadə etmək istəyirəm. Sizin strategiyanız sayəsində bu gün Azərbaycan güclü və müstəqil dövlətdir, Cənubi Qafqazda bütün geosiyasi və geoiqtisadi proseslərin lideridir, habelə özünün dərindən düşünülmüş çoxşaxəli xarici siyasətini uğurla yürüdür.

Cənab Prezident, İsrail Dövləti və onun xalqı Azərbaycana və şəxsən Sizə böyük hörmət və ehtiramla yanaşır. Beynəlxalq arenada əhəmiyyətli, güclü və müstəqil aktora çevrilməkdə olan Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək istiqamətində Sizin səylərinizi İsraildə yüksək qiymətləndirirlər. Azərbaycanın güclənməsi həm İsrail Dövlətini, həm də İsrail xalqını sevindirir.

Sizin praqmatik və müdrik siyasi xəttiniz sayəsində Azərbaycan tolerantlıq və multikulturalizm siyasəti yürüdür. Bunlar Azərbaycan xalqının həyat tərzidir. Bu gün Azərbaycan özünün multikulturalizm modelini təqdim edir. Bu model XXI əsrdə dünyanın bir çox ölkələrində təzahür edən millətçiliyə, şovinizmə, faşizmə və terrorçuluğa alternativdir. Azərbaycan əsl sivilizasiyalararası, konfessiyalararası və mədəniyyətlərarası dialoq nümunəsidir və nümunəsi olaraq qalacaqdır.

İsrail Azərbaycan dövlətinin və cənab Prezident, şəxsən Sizin ölkənin yəhudi icmasının ənənələrinə və həyatına dünyada heç bir bənzəri olmayan şəkildə qayğıkeş və mehriban münasibətinizi yüksək qiymətləndirir. Dünyəvi dövlətə, multikulturalizmə və tolerantlığa sadiq qaldığınıza, Azərbaycanda yaşayan bütün konfessiyaların və xalqların nümayəndələrinə hörmət bəslədiyinizə görə Siz istər İsrail cəmiyyətinin, istərsə də dünyanın digər ölkələrindəki yəhudi icmalarının dərin hörmətini qazanmısınız.

Sizə və gözəl ailənizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm.

Dərin hörmətlə,

Arye Qut
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin direktoru,
“Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında