Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu!

Ümumhəmkarlar İttifaqları Konfederasiyası adından və şəxsən öz adımdan Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Keçirilmiş seçkilər Azərbaycanın hərtərəfli yeniləşməsinə, milli dövlətçiliyin və vətəndaş cəmiyyətinin inkişafına, iqtisadi tərəqqinin sürətlənməsinə və sosial sabitliyin təmin olunmasına yönəlmiş siyasi kursunuzu ölkə vətəndaşlarının böyük əksəriyyətinin dəstəklədiyinin bariz sübutu oldu. Azərbaycan xalqı bundan sonra da ölkəni tərəqqi və rifah yolu ilə aparmağı yenidən Sizə –  görkəmli milli liderə etibar etdi. 

 Müstəqil Dövlətlər Birliyi ölkələrinin həmkarlar ittifaqları təşkilatları Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələrini məmnunluq hissi ilə qarşıladılar. Onlar yaxşı bilirlər ki, Prezident kimi Siz zəhmətkeş insanların hüquq və mənafelərinin qorunmasına, sosial dialoqun möhkəmlənməsinə xüsusi diqqət yetirir, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinə böyük dəstək verirsiniz. AHİK-in fevral ayında keçirilmiş V Qurultayının yekunları buna parlaq sübutdur.

Möhtərəm cənab Prezident, Ümumhəmkarlar İttifaqları Konfederasiyası və onun üzvü olan təşkilatlar bizim beynəlxalq həmkarlar təşkilatları birliyinin fəaliyyətinə qayğı və diqqətinizə, regionda sosial inteqrasiyanın aparıcı qüvvəsi kimi onun roluna verdiyiniz yüksək dəyərə görə Sizə dərin minnətdarlığını bildirir.

Çox hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə yeni-yeni uğurlar, xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzulayıram.

Dərin hörmətlə,

Vladimir Şerbakov
Ümumhəmkarlar İttifaqları Konfederasiyasının baş katibi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında