Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Yenidən Azərbaycan Respublikası­nın Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Seçkilərdəki inamlı qələbəniz Sizin yüksək nüfu­zunuzun danılmaz etirafı, xalqınızın rifahının daha da yaxşılaşmasına, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə yönəlmiş siyasi kur­sunuza verilən layiqli qiymətdir.

Rusiya ictimaiyyəti Sizin bu qələbənizi əsası Azərbaycan xalqı­nın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş ənənəvi dostluq münasibətlərinin hərtərəfli inkişafı üçün zəmin hesab edir.

Biz Azərbaycanın və Rusiya­nın regionları, o cümlədən Dağıstan arasında dostluq münasibətlərinin və parlamentlərarası əlaqələrin in­kişafına verdiyiniz dəstəyi yüksək dəyərləndiririk.

Sizə möhkəm cansağlığı, sülh və əmin-amanlıq, Azərbaycan Respubli­kasının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Dərin hörmətlə,

İlyas UMAXANOV
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında