Azərbaycan Respublikasının Prezidenti zati-aliləricənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Azərbaycanda keçirilən prezi­dent seçkilərində inamlı qələbəniz münasibətilə Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin üzvləri, Qərbi Balkanlardakı Azərbaycansevərlər adından Sizi səmimi qəlbdən təbrik edirik.

Harada yaşamağımızdan, nə işlə məşğul olmağımızdan asılı olmayaraq, bizim bir Vətənimiz, bir Bayrağımız, bir Prezidentimiz vardır. Vətənimizlə nəfəs alırıq, ölkəmizlə qürur duyuruq. Azərbaycanın və yerləşdiyi təlatümlü regionun üzərini almış qara buludlar, ölkəmizə qarşı çirkin oyunlar, nifrət və nifaq toxumu səpmək istəyənlərin məkrli planları, qərəzli mövqeləri xaricdən daha aydın görünür. Sözsüz ki, bunlar hər bir vətənsevəri narahat etməyə bilməz. Azərbaycan xalqı yalnız Sizin rəhbərliyinizlə həmrəy olmaqla, ölkəmiz, dövlətimiz isə sabitliyi qoruya­raq daha da güclənməklə bu təhdidlərə, məkrli planlara qarşı dayana, süni və əsassız siyasi və iqtisadi təzyiqlərə sinə gərə bilər.

Ölkəmizin və xalqımızın bu kəşməkəşli tarixi dövrü mətanətlə keçəcəyinə, düşmən işğalında olan əzəli torpaqlarımızın qüdrətli Ordumuz tərəfindən geri qaytarılacağına əminik. Həmişə söylədiyiniz kimi, gücünü aldığınız xalq tərəddüdsüz olaraq Sizin arxanızda olduğunu bir daha nümayiş etdirdi və dünyada bu gücə qarşı dura biləcək qüvvə yoxdur. Hər kəs bir daha əmin oldu ki, xalqın Sizə olan inamı və ümidləri çox böyükdür.

Dünyada, o cümlədən ölkəmizə münasibətdə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoyulmayan, onların kobud şəkildə pozulduğu, de­mokratiya və insan hüquqlarından yalnız təzyiq və təsir vasitəsi kimi istifadə edildiyi bir dövrdə Vətənimizin daha da çiçəklənməsi, sabitliyinin qorunma­sı, siyasi, iqtisadi və hərbi qüdrətinin daha da gücləndirilməsi istiqamətində fəaliyyətinizi bundan sonra da əzmlə da­vam etdirəcəyinizə sidq ürəkdən inanırıq və xalqımızın xoşbəxt gələcəyi naminə atdığınız hər bir addımınızın yanında olduğumuzu bilməyinizi istəyirik.

Sizə ali dövləti fəaliyyətinizdə və növbəti tarixi missiyanızda uğurlar, xal­qımıza sülh və firavanlıq arzu edirik.

Allah Sizin və Azərbaycan xalqının yardımçısı olsun.

Hörmətlə,

Seyran MIRZƏZADƏ
Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin direktoru

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında