Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident!

Azərbaycan Respublikasının Prezidenti seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) bütün üzv ölkələri adından ürəkdən təbrik edirəm. Seçicilərin böyük əksəriyyətinin Sizə səs verməsi ölkənizin rəhbəri kimi Sizin vacib rol oyna­dığınızı bir daha təsdiq etdi. Əminik ki, Siz Azərbaycanın tərəqqisi, rifahı və sabitliyi istiqamətində yorulmaz fəaliyyətinizi uğur­la davam etdirəcəksiniz.

Böyük məmnuniyyətlə qeyd etmək istərdim ki, 2016-cı ildə “Əməkdaşlıq Bəyannaməsi”nin qəbul edilməsində Azərbaycanın fəal və konstruktiv rolu da­nılmazdır. Azərbaycanın və digər neft ixrac edən ölkələrin nümayiş etdirdiyi dəstək və həmrəylik bu gün dünya neft bazarında sabitliyin bərpa edilməsində əhəmiyyətli rol oynamışdır. Fürsətdən istifadə edərək, bu prosesin uğurla həyata keçirilməsində da­vamlı dəstəyinizə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm.

Sizin yenidən Azərbaycan Respub­likasının Prezidenti seçilməyiniz dün­ya enerji məsələləri üçün əhəmiyyətli bir dönəmə təsadüf edir və neft ixrac edən ölkələrin birgə səylərinin daha da möhkəmləndirilməsi və həyata keçirilməsi istiqamətində Sizin aparıcı rolunuzu da­vamlı edir. Bu il martın 18-19-da ölkənizdə səfərdə olarkən mənə və Neft İxrac edən Ölkələr Təşkilatının nümayəndə heyətinə göstərdiyiniz səmimi qonaqpərvərliyi məmnunluqla xatırlayırıq. Azərbaycanda Sizinlə apardığımız müzakirələr çox məhsuldar və əhatəli olmaqla yanaşı, həm də geniş imkanlar vəd edir. Beləliklə, Neft İxrac edən Ölkələr Təşkilatının üzv ölkələri olaraq gələcəkdə də Azərbaycanla əməkdaşlığı genişləndirmək üçün müm­kün yeni perspektivləri araşdırmaq niyyətindəyik.

Zati-aliləri, Sizi bir daha səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Dərin hörmət və ehtiramla,

Məhəmməd Sanusi
BARKINDO Neft İxrac edən Ölkələr Təşkilatının baş katibi

Avstriya, Vyana şəhəri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında