Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Rusiyanın Sankt-Peterburq şəhəri Qanun­vericilik Məclisinin deputatları adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Seçkilərdə inamlı qələbəniz Sizin siyasi nüfuzunuzun yüksək olduğunu əyani surətdə təsdiq edir, Azərbaycanın qarşı­sında duran aktual sosial-iqtisadi və xarici siyasət məsələlərinin həllində Zati-alinizin xidmətlərinin etiraf olunduğunu göstərir.

Azərbaycan xalqı öz ölkəsinin sabit gələcəyinin, tərəqqisinin və firavanlığının xeyrinə bu dəfə də düzgün seçim edib. Ümidvaram ki, Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə Rusiya Federasiyası ilə qarşılıqlı faydalı dostluq əlaqələrini vətəndaşlarımızın başlıca maraqlarına tam müvafiq surətdə möhkəmləndirmək xəttini davam etdirəcək. Öz tərəfimdən Sizi əmin edirəm ki, biz də xalqlarımızın çoxəsrlik ənənələrə əsaslanan dostluq və əməkdaşlıq ruhuna həmişə sadiq qalacağıq.

İcazə verin, Sizə möhkəm cansağlığı və firavanlıq, Azərbaycan vətəndaşlarının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyim.

Hörmətlə,

Vyaçeslav MAKAROV
Rusiya Federasiyasının Sankt-Peterburq şəhəri Qanunvericilik Məclisinin sədri

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında