Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Özbəkistanda yaşayan Azərbaycan diasporu və diaspor təşkilatlarının rəhbərləri adından ürəkdən təbrik edirəm.

Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılara məlumdur ki, Sizin respublikaya rəhbərlik etdiyiniz dövrdə Azərbaycanın siyasi, iqtisadi və mədəni sahələrdə nailiyyətləri sürətlə artmış, apardığınız müdrik xarici siyasət nəticəsində beynəlxalq arenada ölkənin nüfuzu son dərəcədə yüksəlmişdir.

Sizin bilavasitə rəhbərliyinizlə keçirilən bütün beynəlxalq tədbirlər dünyanın hər yerində olduğu kimi, Özbəkistanda da yüksək qiymətləndirilir.

Özbəkistanda yaşayan azərbaycanlılar Sizin yenidən Prezident seçilməyinizdən sevinc hissi duyur, bunu Azərbaycan xalqının Sizə olan etibarının, etimadının və hörmətinin göstəricisi hesab edirlər.

Həmişə siyasi müdrikliyi ilə seçilən xalqımızı Sizin simanızda təbrik edir və dərin hörmətimizi ifadə edirik.

Sizi əmin edirik ki, Özbəkistanda fəaliyyət göstərən diaspor təşkilatları öz işində daim fəal olacaq, Azərbaycanın daxili və xarici siyasətini, ümummilli və dövlət işi ilə bağlı strateji mövqeyini daim dəstəkləyəcəklər.

Bütün dünyada olduğu kimi, Özbəkistanda da diaspor quruculuğunun, təşkilatlanmasının və inkişafının ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu biz heç zaman unutmur, onun arzu və tövsiyələrini işimizdə rəhbər tuturuq.

Hörmətli cənab Prezident, Sizi bir daha əmin edirik ki, Özbəkistandakı Azərbaycan diasporu inkişaf etməklə yanaşı, ölkəmizin və xalqımızın nüfuzunun artması naminə əlindən gələni heç vaxt əsirgəməyəcəkdir.

Bildiyimiz kimi, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Sizi təbrik edərək, ölkəyə rəsmi səfərə dəvət etmişdir. Biz də Sizinlə Özbəkistanda görüşmək arzusundayıq.

Sizə möhkəm cansağlığı arzulayır və ali dövləti fəaliyyətinizdə böyük uğurlar diləyirik.

Hörmət və ehtiramla,

Firdovsi Hüseynov
Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında